PDF Oxu

Sosial

  • 4 079

ADAU-da Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürüb

ADAU-da Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürüb

Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” adlı layihənin açılış mərasimi baş tutub. SİA xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADAU-nun Magistr hazırlığı mərkəzinin direktoru Aqil Mustafayev aqrar gəncliyin təhsil fəaliyyətlərindən, magistr təhsilinin və pedaqoji fəaliyyətin rolundan danışıb.Daha sonra Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov aqrar sahədə dövlət dəstəyindən, bu sahədə olan beynəlxalq təcrübələrindən həmçinin, ölkədə icra edilən dövlət gənclər siyasətinin uğurlu nəticələrini və gənclər üçün yaradılan imkanlardan danışıblar.Kapital Bank ASC Gəncə filialının müdiri Vuqar Paşayev bank sektorun gənclərin məşğulluq imkanlarından, gənclərin vizual bacarıqlarının inkişafını və bu istiqamətdə fikirlərini bölüşüb.ATU-nun İnsan resursları şöbəsinin müdiri Asif Həsənzadə insan resursları haqqında məlumat verib. O, məzunların əmək bazarında rastlaşdığı problemlərdən və həlli yollarından danışıb.Layihənin tərəfdaşı olan AİK nümayəndəsi Əli Bağırlı təşkilatın icra etdiyi layihələr və təcrübə proqramları haqqında layihə iştirakçılarına ətraflı məlumat verib.Layihə rəhbəri Ruslan Vəliyev isə çıxışında bildirib ki, layihənin keçirilməsində məqsəd gənclərin aqrar sahədə məşğulluq imkanlarının artırılması bu sahə üzrə mütəxəssis hazırlığının rolunun müxtəlif yollarla çatdırılması, kənd təsərrüfatı təyinatlı ixtisasların tələbə və məzunlarının əmək bazarına uyğun hazırlanması və bu kimi bütün ümumi məsələlərin həllinə nail olmaqdan ibarətdir.Cari layihə 15.11.2022 - 01.03.2023 tarixlərini əhatə edir. Layihə çərçivəsində ümumilikdə 50 nəfər və daha artıq gəncə 5 gün müddətində peşəkar təlimçi tərəfindən layihənin istiqamətlərinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək, eyni zamanda millət vəkilləri, idarə, təşkilat rəhbərləri və ADAU-nun uğurlu məzunları layihə iştirakçıları ilə görüşərək öz uğur hekayələrini bölüşəcəklər. Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi istiqamətində layihə rəhbəri tərəfindən 1 il müddətində təmənnasız karyera məsləhəti veriləcəkdir.

Digər xəbərlər