"İnsanları akademik tibbə inanmağa çağırıram. Şübhəsiz ki, xalq təbabəti akademik tibdən öncə yaranıb. Lakin akademik tibb inkişaf etdikcə, xalq təbabəti öz təsirini itirib". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.Onun sözlərinə görə, arıqlamaq və kökəlmək üçün müxtəlif vasitələrdən istifadə edən həkimləri anlaya bilmirəm: "Başa düşə bilmirəm ki, akademik tibbin nəyi çatmır? Akademik tibbin arxasında böyük dövlətlər durur, əlində böyük maliyyə qurumları, laboratoriya və mütəxəssislər var. Yəni tarix boyu akademik tibb Yer üzündən vəba, qızılca kimi bir çox xəstəliklərin kökünü kəsib.Arıqlamaq və kökəlmək ilə bağlı satılan çaylarla əlaqədar olaraq Azad İstehlakçılar Birliyinə daim şikayətlər gəlir. Hətta ofisimizdə belə bir çay nümunəsi də var. Hansı ki, araşdırma apardıqdan sonra bu çayın heç dövlət tərəfindən qeydiyyata alınamadığının şahidi olduq. AQTA hazırda məhz etiketdə yazılan ilə məhsulun tərkibinin uyğunluğunu araşdırır. Bu çox yaxşı bir haldır, vətəndaşları aldatmaq olmaz. Vətəndaşları akademik tibbə inanmağa, istifadə etdiklərinin tərkibinin elmi əsasının olmasına diqqət etməyə çağırıram".
Müəllif: Səbinə Hüseynli