PDF Oxu

Sosial

  • 4 677

AQTA qidaların təhlükəsizliyi üçün hansı addımlar atır? - QURUM RƏSMİSİ DANIŞDI

AQTA qidaların təhlükəsizliyi üçün hansı addımlar atır? - QURUM RƏSMİSİ DANIŞDI

“7 iyun Ümumdünya Qida Təlükəsizliyi günüdür. Artıq beşinci dəfə qlobal səviyyədə qeyd olunan xüsusi günün bu ilki fəaliyyət planı “keyfiyyətli qida həyatları xilas edir” şüarı üzərində qurulub. Bu gün BMT-nin 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq istehsalat, təhcizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə bağlı risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsirini nəzərə alaraq təsis edilib”. Bu sözləri SİA-ya açıqlamasında AQTA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlkin Kərimov deyib.Onun sözlərinə görə, bu günün təsis edilməsində əsas məqsəd qida ilə risklərin aşkarlanmasına, qarşısının vaxtında alınmasına və düzgün idarə edilməsinə diqqət çəkməklə ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir: “Qeyd edim ki, qida ilə yoluxan xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tulantılarını azaldaraq, planetə, dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır. Təsadüfi deyil ki, hazırda 188 ölkə beynəlxalq qida ticarətinin təhlükəsizliyi, keyfiyyəti və ədalətinin təmin olunmasında mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edir. Ümumdünya Qida Təhlükəsizliyi günü də məhz Kodeks Alimentarius komissiyası, BMt-nin ərzaq və kənd təsərrüfatı təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının birgə tərəfdaşlığı çərçivəsində qeyd olunur.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Qida Təhlükəsizliyi günü münasibətilə maarifləndirici silsilə tədbirlər həyata keçirir. İstehlakçı və sahibkarlara KİV vasitəsilə müxtəlif mesajlar ötürülür.Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında məhsuliyyət daşıyan laboratoriyaların təkmilləşdirilməsi işi davam edir. Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı və Abşeronda 7, regionlarda 9 olmaqla ümumilikdə 16 lobaratoriya və regional bölmələr fəaliyyət göstərir. Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik lobaratoriyaların fəaliyyətinin əsas məqsədi respublikaya idxal olunan və ölkədə istehsal edilən qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılmasıdır.AQTA-nın fəaliyyətə başlamasının da beş ili tamam olur. Fəaliyyətini şəffaflıq, qərəzsizlik, sahibkarlarla tərəfdaşlıq, innovativlik, beynəlxalq prinsiplər üzərində quran agentlik keçən dövrdə bir sıra uğurlar əldə edib”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər