Süni intellekt insanlar arasında cinsi, irqi, etnik, dini ayrı-seçkilik edə bilməyəcək
Avropa Şurası Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Avropada süni intellektlə bağlı ilk qaydaları özündə əks etdirən qanun layihəsi müzakirə edilib. AŞPA deputatları süni intellekt qanunu ilə bağlı üzv dövlətlərlə aparılan danışıqlarda AŞPA-nın mövqeyini müəyyən edən sənədi 499 “Bəli” və 28 “Xeyr” səsi ilə qəbul ediblər. Müvafiq olaraq, süni intellekt sistemlərinin insanlar tərəfindən idarə edilməsi, ayrı-seçkilik etməməsi, təhlükəsiz, şəffaf və ətraf mühitə uyğun olması tələb edilir.
Süni intellektə riskə əsaslanan yanaşma tətbiq olunacaq. Süni intellektin yarada biləcəyi risk səviyyəsindən asılı olaraq, qaydalar daha da sərtləşəcək. İnsanların təhlükəsizliyi üçün “qəbuledilməz” risk səviyyəsinə çatan süni intellekt sistemləri qadağan ediləcək. Bu, insanları sosial davranışlarına və ya şəxsi xüsusiyyətlərinə görə təsnif edən süni intellekt sistemlərini əhatə edəcək. İctimai yerlərdə real vaxt rejimində uzaqdan biometrik identifikasiya sistemlərindən istifadə də qadağan ediləcək.
Cins, irq, etnik mənsubiyyət, vətəndaşlıq statusu, din, siyasi oriyentasiya, profilləşdirmə, polis sistemlərində, hüquq-mühafizə orqanlarında, sərhəd orqanlarında, iş yerlərində və təhsil müəssisələrində emosiya identifikasiyası sistemləri kimi müxtəlif həssas xüsusiyyətlərdən istifadə edən biometrik təsnifat sistemləri və ya keçmiş həbs həyatı, üzün tanınması kimi məlumat bazalarının yaradılması üçün internetdə məlumat bazalarının yaradılması qadağan ediləcək.
Yüksək riskli süni intellekt təsnifatı insanların sağlamlığına, təhlükəsizliyinə, əsas hüquqlarına və ya ətraf mühitə dəyən zərəri əhatə edəcək şəkildə genişləndiriləcək. Siyasi kampaniyalarda seçicilərə təsir etmək üçün süni intellekt sistemlərindən istifadə yüksək risk kateqoriyasına daxil ediləcək. Ümumilikdə 45 milyondan çox istifadəçisi olan əsas sosial media platformalarının istifadə etdiyi sistemlər də yüksək risk siyahısına daxil ediləcək və bu sistemlər ciddi qaydalara tabe olacaq.
ChatGPT kimi sistemlər əlavə şəffaflıq qaydalarına əməl etməlidir. Bu sistemlər məzmunun süni intellekt tərəfindən yaradıldığını açıq şəkildə bildirməli olacaq. Sistemlər qeyri-qanuni məzmun istehsalının qarşısını almaq üçün dizayn ediləcək. Təsdiq edilmiş danışıqlar mandatı çərçivəsində ittifaqa üzv ölkələrlə AŞPA arasında danışıqlar başlayacaq. Qanunvericiliklə bağlı danışıqların bu ilin sonuna kimi başa çatdırılması gözlənilir. Avropa İttifaqı qurumları ortaq hüquqi mətn üzərində razılaşdıqdan sonra qanun qurumun rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.
Aİ-nın hələ ChatGPT və ya oxşar süni intellekt sistemləri ilə bağlı tənzimləməsi yoxdur, lakin 2 il əvvəl Aİ Komissiyası süni intellektlə bağlı yeni qaydalar çərçivəsini özündə əks etdirən ilk qanunvericilik təklifini hazırladı və üzv dövlətlərə və AŞPA-ya təqdim etdi. Bu təklif süni intellekt sistemlərinin istifadəsində bəzi məhdudiyyətlər və şəffaflıq qaydaları təqdim etdi.
Komissiyanın təklifində süni intellekt sistemləri qəbuledilməz risk, yüksək risk, məhdud risk və minimum risk kimi 4 əsas qrupa bölünüb. Digər tərəfdən, AB keçən həftə texnologiya şirkətlərindən süni intellekt tərəfindən hazırlanmış mətn və şəkillərə təsviri etiketlər qoymağı xahiş etdi. Bundan əlavə, süni intellekt qanunu qüvvəyə minməmişdən əvvəl Aİ Komissiyası süni intellekt sahəsində çalışan bütün şirkətlərin iştirakı ilə bu sahədə yeni qaydalar gətirəcək razılaşma üzərində işləyir. Bu könüllü razılaşmanın süni intellekt qanunu qüvvəyə minənə qədər həyata keçirilməsi planlaşdırılır.
Lalə Mehralı