PDF Oxu

Sosial

  • 3 309

Bu il 1700-ə yaxın şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu il 1700-ə yaxın şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin altı ayında 1697 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.Nazirlikdən SİA-ya verilən xəbərə görə, onlardan 200 nəfərə yaxını şəhid ailələrinin üzvləridir.Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Möcüzəvi Naftalan Sağlamlıq Mərkəzi, Şahdağ Quba Truskavets Tibbi sanatoriyası və digər mərkəzlərdə müalicə kursu keçiblər.Ümumilikdə postmüharibə dövründə 10 276 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 917 nəfəri şəhid ailələrinin üzvləridir.

Digər xəbərlər