Amerikalı onkoloqlar xərçəngdən müdafiə edən 4 ərzağın adlarını açıqlayıblar. Xüsusilə prostat xərçənginə xeyirli olan tərəvəzlərin adı açıqlanıb. Alimlər nar, yaşıl çay, sarıkök və brokollinin şiş xəstəliyindən qoruduğunu, xərçəng prosesini ləngitdiyini deyirlər. Yarım il davam edən araşdırmalarda prostat xərçəngi olan kişilər iştirak ediblər. Onların bir qrupuna aldığı müalicə ilə yanaşı nar, yaşıl çay, zərdəçal, brokolli tərkibli kapsullar verilib. Nəticədə xəstə hüceyrə sayında əhəmiyyətli azalma müşahidə edilib.
Adıçəkilən bu ərzaqların faydası onların tərkibindəki polifenolla əlaqədardır. Mütəxəssilər 35-40 yaşdan sonra həftədə azı iki dəfə nar şirəsi, hər gün yaşıl çay içməyi, brokolli yeməyi məsləhət görürlər. Qeyd edək ki, əvvəlki araşdırmalarda xərçəngdən müdafiə edən 5 məhsul adı çəkilmişdi. Bunlar qaragilə (təhlükəli bakteriyalardan ağırsağı qoruyur. Qırmızı qan hüceyrəsi yaradır), çiyələk, (ən güclü antioksidantdır) ispanaq (tərkibindəki koenzim Q10 xərçəng hüceyrələrini tapır və killer-hüceyrələrə siqnal ötürür), moruq (bədxassəli hüceyrələrin yayılmasını ləngidir), sarımsaq -(immun sistemini gücləndirir. Radiasiyadan qoruyur).