PDF Oxu

Sosial

  • 3 403

Avtomobil bazarında qiymət artımı nə ilə əlaqədardır? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Avtomobil bazarında qiymət artımı nə ilə əlaqədardır? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

"Maşın bazarında avtomobillərin qiymətinin artımı ilə bağlı onu bildirmək istəyirəm ki, artıq Yanvar ayından etibarən ölkəyə istehsal tarixi 10 ildən aşağı olan avtomobillərin idxal olunmasına məhdudiyyət qoyulmuşdu. Bu da daha bahalı avtomobillərin idxal edilməsinə səbəb olub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.Onun sözlərinə görə, bu, öz növbəsində, ölkədə hazırda istismarda olan köhnə avtomobillərin qiymətinin artmasına təsir edib: "Lakin baxmayaraq ki, bu ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə avtomobil idxalında 37 faiz artım baş vermişdi. Bu da onu deməyə əsas verir ki, avtomobil parkı yenilənməyə davam etsə də, lakin gələn avtomobillərin qiyməti artıq daha bahadır. Çünki avtomobillərin istehsal ili daha yenidir. Həmçinin, bu avtomobillərə gömrük rüsumları tətbiq edilərək ölkədə qiyməti daha bahalaşır. Bu da əldə olan köhnə avtomobillərin qiymətini artırır. Çünki yenisi gəlmədiyi üçün həmin avtomobillərə aşağı təbəqənin tələbatı artır. Bəzən də süni qiymət artımına gətirib çıxarır".Eyyub Kərimli sözlərinə belə davam edib: "Ümumiyyətlə, sentyabr ayı ərəfəsidir və hər il bu vaxtda avtomobil qiymətlərində artım baş verir. Rayonlardakı fermerlər təsərrüfatdan əlavə gəlir əldə edərək avtomobillərini yeniləyirlər, yaxud universitetə qəbul olmuş tələbələrə valideynləri avtomobil hədiyyə edir. Bu da tələbə öz təsirini göstərir və köhnə avtomobillərin qiymətində artım baş verir".

Ayşən Vəli

Digər xəbərlər