PDF Oxu

Sosial

  • 3 268

Bütün məsələlər diqqət mərkəzindədir

Bütün məsələlər diqqət mərkəzindədir

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Mahmudavar ərazisində keçirib. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı qəbula gələnləri salamlayıb və səyyar görüş-qəbulunu açıq elan edib, sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər