Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin anadan olmasının 60 illiyi ilə əlaqədar “Tarix yazan qəhrəmanlar” mövzusunda tədbir keçirilib.
Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər E. Tağızadənin vətənpərvərliyindən, şərəfli ömür və şanlı döyüş yolundan danışaraq onun daima gələcək nəsillərə örnək olacağını vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Eldar Abdulla oğlu Tağızadə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunub.
ƏLİHÜSEYN ŞÜKÜROV