“Mənzil bazarında qiymətləri birbaşa tələbin dəyişməsi müəyyənləşdirir. Son illərdə isə mənzillərə olan tələbin artmasını müşahidə edirik ki, bu da qiymət artımına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. V.Bayramov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bütövlükdə regionda mənzillərə tələbin artmasına gətirib çıxarıb. 2022-ci illə müqayisədə qiymət artımları səngisə də, 2023-cü ilin geridə qalan aylarında da mənzil bazarında qiymət artımları müşahidə olunub.Tikinti materiallarının uzun müddət qiymətinin aşağı olması mənzil qiymətlərinə, eləcə də bu uzunmüddətli bir zaman çərçivəsində mənzil bazarına öz təsirini göstərə bilər”.
Müəllif: Səbinə Hüseynli