PDF Oxu

Sosial

  • 3 487

“Mövsümü olmayan meyvə-tərəvəz istehlakı immun sistemini zəiflədir” - MÜTƏXƏSSİS DANIŞDI

“Mövsümü olmayan meyvə-tərəvəz istehlakı immun sistemini zəiflədir” - MÜTƏXƏSSİS DANIŞDI

“Qış fəslində qidalanma zamanı mövsümü meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Çünki mövsümü olmayan meyvə-tərəvəzlərin istehlakı immun sisteminin zəifləməsinə gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib. Onun sözlərinə görə, meyvələrdən hazırlanmış kompot və tərəvəzlərdən hazırlanan pürelərin istehlakı məqsədəuyğundur.A.Salamov qeyd edib ki, immun sisteminin zəifləməsinin qarşısını almaq üçün rəngli və qazlı içkilərdən, həmçinin boş karbohidrat olan ağ çörəkdən uzaq durmaq lazımdır. Bunun əvəzinə tam buğda unundan hazırlanan çörəklərə mütaciət edilməlidir.Qış aylarında xaş yeyilməsi immun sisteminin gücləndirilməsində mühüm rola sahibdir. Eyni zamanda yüngül zülal olaraq axşamlar balıq istehlak edilməsi də tövsiyyə olunandır. Səhər yeməyində isə kənd yumurtası və ağartı məsullarına üstünlük verilməlidir. Bu cür kiçik nüanslara diqqət etməklə immun sisteminin zəifləməsinin qarşısını ala bilərik”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər