PDF Oxu

Sosial

  • 4 337

Azərbaycanda lift təsərrüfatı qənaətbəxşdir? - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanda lift təsərrüfatı qənaətbəxşdir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Köhnə tikili yaşayış binalarının bir çoxunda liftləri dəyişsələr də, bərbad vəziyyətdə olan liftlərin sayı hələ də az deyil. Binalarda lift təsərrüfatının yararsız vəziyyətə düşməsinin səbəblərindən biri bizdə hələ Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyətlərinin (MMMC) tam formalaşmaması və bütün binaları əhatə etməməsidir. Azərbaycanda 150-yə yaxın MMMC qeydiyyatdan keçsə də, bunlardan tam fəaliyyət göstərənlərin sayı 50-dən çox olmaz. Bina tikiləndən sonra Mənzil Tikinti Kooperativi (MTK) onu sakinlərə təhvil verməlidir". Bu sözləri SİA-ya əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, bina sakinləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərini yaratmalı və binanın idarəçiliyi həmin cəmiyyətlər və ya xüsusi idarəedici şirkətlər tərəfindən həyata keçirilməlidir: "MMC və ya idarəedici şirkətlər vətəndaşlardan yığılan pullardan büdcə formalaşdırır və həmin büdcənin bir hissəsinin liftlərin texniki xidmət xərclərinə yönəldirlər. Bu zaman liftlərə servis xidməti göstərən şirkətlərlə müqavilə bağlanılır ki, həmin şirkətlər binadakı liftlərə mütəmadi qulluq göstərsinlər. Lakin bu gün araşdırma aparsaq, əksər binalarda problemli liftlərin olduğunu görəcəyik"."Liftlərin nasaz vəziyyətdə olmasının səbəbləri müxtəlifdir. Bunlardan biri MTK-ların mənzilləri təmir etmədən sakinlərin ixtiyarına verməsidir. Belə ki, vətəndaş mənzil aldıqdan sonra bir neçə ay onun təmiri ilə məşğul olur. Bu zaman ağır sement kisələri, müxtəlif tikinti ləvazimatları liftlə daşınır. Liftlərlə müəyyən çəkidən artıq yükün daşınması trosun qırılmasına, mühərrikin xarab olmasına gətirib çıxara bilər. Bakıda dəfələrlə liftin trosunun qırılması hallarına rast gəlinib",- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər