PDF Oxu

Sosial

  • 4 904

"Proqram ötən il ərzində 5 dəfə genişləndirilmişdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Proqram ötən il ərzində 5 dəfə genişləndirilmişdir" - MÜNASİBƏT BİLDİRİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov: "Üç ildən artıq fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin qarşısında həm zəfərlə bitən vətən müharibəsi, həm də sosial xidmətlərin göstərilməsi kimi əhəmiyyəti tədbirlər qoyulmuşdur. Bu gün 2023-cü ildə görülən işlər barədə məlumatlar verəcəyəm. Ötənilki fəaliyyətlərə uyğun olaraq sosial xidmətlərin göstərilməsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması, övladlığagötürmə və digər sahələrdə sosial yardımlar göstərilmişdir. Agentlik tərəfindən bütün ölkəni əhatə edən 12 filial və 13 Sosial xidmət müəssisəsi tərəfindən bütün yaş kateqoriyası şəxslərə səyyar, stasionar, yarımstasionar sosial xidmətlər göstərilmişdir. 2023-cü ildə Sosial Xidmətlər Agentliyi tərəfindən 31 min 393 nəfərə səyyar, stasionar və yarımstasionar sosial xidmətlər göstərilmişdir. Cənab Prezident İlham Əliyevin həssas əhali qruplarından olan şəxslərə xüsusi qayğısı hər zaman hiss edilib. Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişinə əsasən, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı ümumi sosial dəstək proqramları icra olunur. Bu sahədə əsas fəaliyyətlərdən biri də qeyd olunan şəxslərin mənzillərlə təminatıdır. Proqram ötən il ərzində 5 dəfə genişləndirilmişdir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər