Sosial

  • 1 882

Adı nədir?.. -FELYETON

image

-Ay, nə qəşəng qızdır bu, adı nədir?

-Kumsaldeniz.

-Allah saxlasın.

***

-Bu gözəl qızın adı nədir?

-Medina.

-Maşallah.

***

-Nə şirin əkizlərdi bunlar, adları nədir?

-Manisa, Peykər.

- Allah xoşbəxt etsin.

***

-Bu nə gözəl oğlandı, adı nədir?

-Dominik.

-Allah qorusun.

***

-Allah saxlasın, nə şirin oğlunuz var, adı nədir?

-Ronald.

-Adı ilə böyüsün.

***

-Hüqo, Alfanso, qaçmayın, yıxılarsınız.

-Bağışlayın, Allah saxlasın, nə gözəl uşaqlarınız var.

-Çox sağ olun.

-Adlarını necə dediniz?

-Hüqo, Alfanso.

-Maşallah.

***

-Seva, Cana, yanıma gəlin, çox aralanmayın.

-Maşallah, nə gözəl qızlardır bunlar.

-Çox sağ olun.

-Əsl adları nədir?

- Elə Seva, Canadır da.

-Hə, anladım, adları ilə böyüsünlər.

***

-Ay, maşallah, nə gözəl övladlarınız var. Allah saxlasın. Əkizdirlər?

-Çox sağ olun, Amin, yox bir-birindən bir yaş fərqləri var.

-İkisi də oğlandır?

-Yox, Barbare qızdır, oğlan Stefanedir.

-Eləmi? Maşallah.

***

-Oğlum, Samuel, buraya gəl.

-Maşallah, böyük oğlan olsun.

-Çox sağ olun.

-Adını kim qoyub?

-Babası...

***

Ana:

-Aziz, Aminə, Məhdi, uzağa getməyin.

-Allah saxlasın, nə gözəl adları var uşaqlarınızın.

-Çox sağ olun. Hə, Azizin adını atası, Aminənin adını nənəsi, Məhdinin adını mən qoymuşam.

-Maşallah.

Mətanət Məmmədova

P.S. Söhbət Bakıdan gedir...

Digər xəbərlər