“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu dekabrın 3-dən etibarən Tərtər şəhərində vətəndaşlara xidmət göstərir. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. SİA xəbər verir ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Tərtər şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.Səyyar avtobus dekabrın 20-dək vətəndaşlara tibb, bank (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) xidmətləri, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər xidmətlər göstərəcək.
Sevilən insana xərçəng diaqnozu qoyulduqda, ətrafdakı dünya dayanmış kimi görünür. Onu dəstəkləmək istəyirsən, amma düzgün sözləri tapmaq çox vaxt çətindir...
Belarusun ən böyük ailəsi harada yaşayır?
Yuxu problemləri və şam yeməyindən sonra ağırlıq hissi iki sadə qayda pozulduqda yaranır…
“Günəş vitamini” ultrabənövşəyi şüaların təsiri altında dəridə sintez olunur...
O, ulduzumuzdan 10 milyon dəfə ağırdır...