PDF Oxu

Sosial

  • 980

Yeni sosial xidmət müəssisələri yaradılacaq

image

Bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzləri yaradılacaq. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Sosial Dəstək Mərkəzinin fəaliyyətinə həsr olunanş infosessiyada məlumat verilib.Sosial xidmətlərin əhatəsinin genişlənməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması innovativ həllərin tətbiqinin və s. əsas hədəflərdən olduğu bildirilib.Ötən il Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində 3 356 nəfərə xidmət göstərildiyi, qurumun sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 15,8 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu qeyd edilib.Həmçinin son bir ildə Agentlik tərəfindən 4,5 mindən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, daha 271 repatriantla sosial reabilitasiya işi aparıldığı diqqətə çatdırılıb.Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 5 sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyi, bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzlərinin yaradılacağı qeyd edilib. Qurulmaqda olan “Sosial işin idarə edilməsi” elektron sisteminin bu il istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib.

Digər xəbərlər