“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib. “Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təliİctimai Birliyi və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.Tədbiri giriş sözləri ilə açan İctimai İaşə və Xidmət üzrə BDPTM-in direktoru Fatma Çandirova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin hazırda icra etdiyi layihənin zəruriliyini diqqətə çatdırıb.ctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında İctimai İaşə və Xidmət üzrə BDPTM-də bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan tələbələrə təlimin keçirilməsi təşəbbüsünün dəstəklənməsinə görə Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, təhlükəli xroniki infeksion xəstəliklərin zamanında aşkarlanıb müayinə və müalicəsinin aparılması olduqca vacib məsələdir. “Məsələn, viral hepatitlərin B, D və C növləri, eləcə də İnsan İmmunçatışmazlığı Virusu (İİV) xronikləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Zamanında müalicə olunmadıqda xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin, İİV infeksiyası isə Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) yaranmasına səbəb ola bilir”, - deyə Z. Nəbiyeva bildirib.
Birliyin sədri törədicisi Kox çöpləri olan vərəmin də xronik yoluxucu xəstəlik olduğunu diqqətə çatdırıb. Vərəm təhlükəli yoluxucu xəstəliklər arasında ən çox ölümə səbəb olandır. Vərəm infeksiyasının xroniki gedişata malik olması ətraf mühit amillərinə yüksək dərəcədə davamlı olan mikobakteriyaların xaric olmasına səbəb olur. Bu da öz növbəsində xəstəliyin yayılmasına şərait yaradır.
Önləyici profilaktik tədbirlərin vaxtında və davamlı aparılması yoluxucu xəstəliklərin yayılmasının və yaradığı fəsadların qarşısını almaqda mühüm rol oynayır. “Bugünkü təlimin keçirilməsində əsas məqsədimiz gözəllik xidməti göstərilən məkanlarda xroniki viral hepatitlər, İİV/QİÇS və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini artıran səbəblər barədə aidiyyəti peşə ixtisası üzrə təhsil alan tələbələri məlumatlandırmaq və sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi təşviq etməkdir”, - deyə Z.Nəbiyeva söyləyib.
Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma üsulları, müayinə və müalicə, eləcə də gözəllik salonlarında istifadə edilən manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası qaydaları barədə iştirakçılara ətraflı məlumatlar verib.
Bu xəstəliklərdən qorunma yollarını təblığ edən animasiya çarxları nümayiş olunub.
Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin simptomları, epidemiologiyası, ətraf mühitə davamlığı, yoluxma və xəstələnmə arasındakı fərq, ağciyərdən kənar vərəm formaları, müalicənin fasilə vermədən düzgün aparılmasının önəmliyi barədə danışıb.
Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi təlim iştirakçılarına çatdırılıb. Qoruyucu vasitələrdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş olunub.
Təlimin sonunda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanılıb.
Məlumatlandırmanın əhatə dairəsini genişləndirmək məqsədilə İctimai İaşə və Xidmət üzrə BDPTM-ə xüsusi dizaynla hazırlanmış, xroniki virus hepatitlərinin yoluxma yolları əks olunan maarifləndirici divar stendi, tələbələrə isə aidiyyəti mövzularla bağlı buklet və kitabçalar verilib.