PDF Oxu

Sosial

  • 821

Narkomaniyaya qarşı mübarizədə hər bir fərddə məsuliyyət daşıyır

image

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə “26 iyun – Narkotik vasitələrin süni istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Rafiq Quliyevin, Lənkəran Rayonlararası Narkoloji Xəstəxananın baş həkimi Vüsal Bəşirzadənin, Lənkəran Şəhər - Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Murad Hümbətovun, eləcə ictimai təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən natiqlər bildiriblər ki, narkotik vasitələr təkcə fərdi sağlamlığı deyil, bütövlükdə cəmiyyətin genefondunu, ailə institutunu və dövlətin gələcəyini məhv edən ciddi təhdiddir. Ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərli altında dövlət səviyyəsində narkomanlığa qarşı mübarizə prioritet istiqamətlərdən biridir. Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı qətiyyətli tədbirlər görülür. Amma bu dəhşətli bəla ilə əsas hədəf təkcə mübarizə aparmaq deyil, onun kökünü kəsməkdir, bunun üçün isə maarifləndirmə ən profilaktika, düzgün vasitə sayılır.
Natiqlər onu da xüsusi olaraq qeyd ediblər ki, narkomaniya ilə mübarizə təkcə hüquq-mühafizə orqanlarının vəzifəsi deyil, bu, ictimaiyyətin, təhsil müəssisələrinin, valideynlərin və hər bir fərdin birgə məsuliyyətidir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər