PDF Oxu

Sosial

  • 9

Şərəfsizliyin və qorxaqlığın əsl ünvanı- Serj Sarkisyan

Şərəfsizliyin və qorxaqlığın əsl ünvanı- Serj Sarkisyan
20 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci il Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi zəminində başlandı. İki Cənubi Qafqaz ölkəsi arasında 1994-cü ildə atəşkəs rejiminə dair razılaşma əldə edilsə də, Ermənistan Azərbaycanın mülki vətəndaşlarını snayperlərlə  qətlə yetirməklə müqavilənin şərtlərini pozub. Bu günə qədər münaqişənin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupu çox saylı səylər göstərib. Ayrı-ayrı xarici ölkə prezidentlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşləri də  keçirilib və razılaşmalar əldə olunub.
Lakin işğalçı dövlət olan Ermənistan hər dəfə əldə olunmuş razılaşmaları pozub, sülh danışıqlarının zamanını yubadıb. Dövlət səviyyəsində keçirilən görüşlərdən sonra Ermənistan silahlı qüvvələri müxtəlif təxribat xarakterli hərəkətlərə əl atıb, cəbhə xəttində atəşkəs rejimini pozub. Buna ən bariz nümunə kimi Soçi görüşünü göstərmək olar.  Ötən gün Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərində görüş keçirildi. Görüş zamanı S. Sarkisyan özünün "sülhpərvər" olduğunu nümayiş etdirməyə cəhd göstərdi. Görüşdən sonra isə 9 yaşlı Fariz Bədəlov erməni snayperinin atəşinə tuş gəldi. "Bu hadisədən sonra bir daha Sarkisyanın nə qədər şərəfsiz, yaramaz və qorxaq olduğunun şahidi olduq, tək biz yox, bütün beynəlxalq aləm. Elə əsl Sarkisyan fakturası da məhz budur" deyə politoloq Elman Nəsirov bildirdi.
O, qəzetimizə verdiyi açıqlamasında Sarkisyanın bütün danışıqlarda, sadəcə olaraq, "sülhpərvər" imici formalaşdırmaq istədiyini vurğuladı: "Sarkisyanın özündə formalaşdırdığı bu yalançı imici, həm də dünya ictimai fikrini aldatmağa ünvanlanıb. Ermənistan "prezident"i bilmir ki, ölkəsinin üzərində dolaşan qara buludlara, uğursuz həm daxili, xarici siyasətə hansı formada müdaxilə etsin".
Digər bir nüansa toxunan Elman Nəsirov təcavüzkar Ermənistan  işğal altında olan Azərbaycan ərazilərinin sərvətlərinin yarıdan çoxunun xarici şirkətlərə satıldığını və əvəzində həmin şirkətlərin bu ölkəyə icarə haqqı ödədiyini qeyd etdi. Sarkisyan isə, bütün bunları ört-basdır etmək üçün riyakar imici obrazında danışıqlara  gedir və müəyyən ilkin razılaşmanın əldə edilməsi ilə bağlı məlumat yayır: "Sarkisyanın bunu nəticə etibarilə, Qərb siyasi dairələrini və ATƏT-in Minsk Qrupunu "sakitləşdirmək" siyasəti həyata keçirməsi ilə əlaqələndirdi. Əlavə etdi ki, bu, bir Sarkisyan siyasətinin hal-hazırda oynanılan oyunudur. Çünki əvvəlcədən proqnozlaşdırır ki, danışıqlarda konkret mövqe sərgiləməyəcək, müəyyən razılaşmaya imza atacaq və görüş bitdikdən dərhal sonra da təxribat üsuluna əl atacaq. 2008-ci ildən etibarən Azərbaycan bu "dəsti-xətt"in şahididir". Sarkisyanın qorxmasını maraqlı bir məqamla da şərh edən politoloq  vurğuladı ki, ola bilsin ki, Ermənistana da "Ərəb baharı" gəlsin: "Sarkisyanın əsil qorxduğu an da elə məhz budur. Yəqin ki, çox tezliklə cinayətkar prezident öz ölkəsində əsən ərəb  küləklərini qarşılamalı olacaq. İşğalçı dövlət üçün əsil faciə o zaman olacaq".
Sarkisyanın Dağlıq Qarabağla bağlı verdiyi son bəyanatına toxunan E.Nəsirov bunu Sarkisyanın çıxılmaz vəziyyətdə olması sindromu ilə izah etdi. Sarkisyan müharibənin başlaması ilə bağlı boş-boş öz bəyanatlarını verə bilər. Amma reallıqda Sarkisyan bu müharibəni istəmir. Çünki ən azından dərk edir ki, bu müharibə onsuz da parçalanan Ermənistan tamamilə məhv edəcək: "Bu gün Ermənistan ağır sosial, iqtisadi böhran məngənəsində əzilir. Onlar düşünürlər ki, hər zamankı kimi onlara başqa dövlətlər tərəfindən böyük yardımlar olacaqdır. Heç kim marağında deyil ki, böhran vəziyyətində olan Ermənistana yardım etsin və ermənilər də gec-tez bunu başa düşməlidir. Azərbaycanın isə güclü döyüşən əsgərləri, hərbi silahı var və hər an günahsız Azərbaycan qadınına, körpəsinə, qocasına işgəncə ilə zülm edən, qətliamlar törədən, qaniçən, azğın,  düşməni məhv etməyə hazırdır".
E.Nəsirovun sözlərinə görə, Ermənistana lazımi səviyyədə təzyiq olunmadığına görə, Azərbaycan tərəfi növbəti danışıqlardan imtina edə bilərdi və dövlətimizin buna tam haqqı da vardı. Çünki neçə illərdir ki, Azərbaycan tərəfi danışıqlar aparır, münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Bu istiqamətdə də beynəlxalq hüququn norma və təməl prinsipləri Azərbaycan dövlətinin tərəfindədir. Təcavüzə məruz qalmış ölkə kimi Azərbaycan tərəfi danışıqlara gedir və məsələnin sülh yolu ilə həll etmək istəyir. Təbii ki, bu, dövlətimizin Ermənistana güzəşti sayıla bilər.

Digər xəbərlər