PDF Oxu

Sosial

  • 20

Dövlət Miqrasiya Xidmətində birgə seminar keçirilib

Dövlət Miqrasiya Xidmətində birgə seminar keçirilib
Dünən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi ilə "Mənşə ölkələri haqqında məlumatların toplanılması" mövzusunda birgə seminar keçirilib. Seminarda müxtəlif instansiya məhkəmələrinin hakimləri, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri, Dövlət Miqrasiya Xidmətinin və Müstəqil Elmi Praktiki Hüquq Mərkəzinin (MEPHM) nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev seminar mövzusunun aktuallığından danışıb, sığınacaq axtaran şəxslərin müraciətlərinin araşdırılması, qərarların qəbul olunmasında mənşə ölkələri haqqında məlumatın rolunun vacibliyi, təyinat ölkəsinə çevrilmiş bir ölkə olaraq Azərbaycanda sığınacaq sisteminin inkişaf etməsi, BMT QAK tərəfindən himayəyə götürülmüş şəxslərə göstərilən tolerant münasibət barədə çıxış edib. BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm seminarın keçirilməsində göstərilən dəstəyə, həmçinin davamlı əməkdaşlığa görə Xidmət rəhbərliyinə minnətdarlığını bildirib. Daha sonra DMX əməkdaşları A.Seyidova, N.Salmanov, BMT QAK-ın əməkdaşı Z.Nağıyev müvafiq mövzularla çıxış ediblər.

Digər xəbərlər