PDF Oxu

Sosial

  • 442

Yardımlıda narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələrdən danışılıb

image

Dağlar diyarı Yardımlıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə İcra Hakimiyyəti tərəfindən rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Əsas məqsəd narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələri diqqətə çatdırmaq, eləcə sağlam həyat tərzinin təbliği olan aksiya çərçivəsində "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Valideynlər üçün tövsiyə", "Yeniyetmələr və gənclər üçün", "Psixotrop maddələr haqqında həqiqət", "Marixuana haqqında həqiqət","Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və "Narkotiklər haqqında həqiqəti bilin" adlı yeni əyani vəsaitlər paylanılıb.

Aksiyada könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellektəsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib.

Eyni zamanda fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər haqqında danışılıb, onların istifadəsinin fəsadları, həmçinin narkomaniyaya qarşı mübarizə istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər