Masallı elinin igid oğlu, təqaüddə olan hərbçi Nurəli Səfərov 1992–1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib,1993-cü ildə döyüşlər zamanı yaralanıb. O, hərbi xidmət müddətində göstərdiyi şücaət və xidmətlərinə görə müxtəlif medallarla təltif olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov N. Səfərovu qəbul edib. Görüşdə qəhrəmanın I Qarabağ müharibəsi illərində keçdiyi döyüş yolu, hərbi xidməti və Vətənin müdafiəsi istiqamətində göstərdiyi xidmətlər haqqında ətraflı danışılıb.
Rayon rəhbəri, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşmüş hərbi qulluqçularına, müharibə iştirakçılarına, şəhid ailələrinə daim diqqət və qayğı göstərilməsini dövlət siyasətinin mühüm istiqaməti olduğunu vurğulanıb, Vətən, torpaq naminə döyüşmüş şəxslərin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılmasının, onların göstərdikləri qəhrəmanlığın təbliğinin əhəmiyyətini qeyd edib.
Səmimi şəraitdə keçən görüş görə Nurəli Səfərov minnətdarlığını bildirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...