Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində olan Masallı və Cəlilabad rayon Uşaq-Gənclər və İdman Məktəblərinin məşqçi-müəllimləri ilə yeni tədris ilinin başlanması münasibətilə görüş keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafovanın, idarənin idman sektorunun müdiri Yusif Xamiyevin və əməkdaşların qatıldığı görüşdə çıxış edənlər bədən tərbiyəsi və idmanın böyüməkdə olan gənc nəslin sağlamlığa, fiziki hazırlığına verdiyi əhəmiyyətindən danışıb, məşq zamanı onlara qarşı diqqət və yanaşma tərzinin də çox vacib məsələ olduğunu bildiriblər.
İdmançılara məxsus olan emosiya, özünə inam və digər keyfiyyətlərin düzgün formalaşmasında məşqçilərin rolundan söhbət açan, eləcə uşaq və yeniyetmələrlə işləyən məşqçilərdə məsuliyyət hissinin daha çox olmasının vacibliyini vurğulayan Könül Manafova bildirib ki, onların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmalı, məşqçilər öz şəxsi nümunələri ilə yetirmələrində layiqli uğur qazanmağa inam yaratmalıdırlar. Həmçinin o, məşqçi-müəllimlərə UGİM-də sənədləşmə işləri, illik iş planları, şagirdlərin sənədləri, məşqçi müəllimlərin sənədləri, dərs cədvəllərinin tərtibi, elektron sənəd dövriyyəsinə sənədlərin düzgün, vaxtında yerləşdirilməsi və bu kimi digər məsələlərdə diqqətli olmaları tövsiyə edib.
Məşqçi-müəllimlərin suallarina cavab verən Yusif Xamiyev də öz növbəsində qarşıda duran məsələlərdən danışıb.
Görüş qarşılıqlı müzakirə şəraitində keçib, iştirakçıları maraqlandıran bütün məsələlərə aydınlıq gətirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Alimlər içki ilə xərçəng arasında əlaqə tapıblar..? Bəzi insanlar gündəlik vərdişlərini yenidən nəzərdən keçirməli olacaqlar...