PDF Oxu

Sosial

  • 11

Facebook-un virtual "aslanları"

Facebook-un virtual "aslanları"
Gerçək həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələr günümüzün əsas müzakirə mövzularından biridir. Bir müddət əvvəl internet vasitəsilə iş tapmaq, ailə qurmaq nə qədər qəribə təəsürat yaradırdısa da, indi artıq bu xəbərlər adiləşib. Son dövrlərdə sosial şəbəkənin daha bir xüsusiyyəti önə çıxıb ki, bu da kütləvi xəbərləşmə, təşkilatlanma və bir mərkəzdən idarə olunma hadisələrini özündə cəmləşdirir. Belə mülahizələr var ki, bu hadisələrin virtual qaydada həyata keçirilməsi bir dövlətin kəşfiyyat orqanının maraqlı olduğu digər dövlətdə proseslərə təsir göstərmək imkanlarını artırıb və asanlaşdırıb. Təsadüfi deyil ki, ərəb ölkələrində baş verən inqilablarında sosial şəbəkələr içərisində populyarlığı ilə seçilən facebook şəbəkəsinin həlledici rolu vurğulanır. Bu şəbəkə hakimiyyət əleyhinə qalxan kütlələri səfərbər etmək, onlara ideya vermək, eləcə də təşkilatlandıraraq kütləvi xəbərləşməni həyata keçirmək işlərində mühüm yardımçı olub. Facebook-un sözügedən prosesdə əhəmiyyəti təkcə bununla bitmir. Bu şəbəkə inqilablar olan ölkələrdə həm də mətbuat və informasiya agentliklərinin vəzifəsini yerinə yetirir. İnformasiyanı beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda, ölkə daxilində informasiya mübadiləsinin təşkili bu məsələlərdə xüsusi qeyd olunmalıdır. Əgər iddia olunduğu kimi inqilabi proseslərdə MKİ və ya hər hansı başqa kəşfiyyat orqanının əli varsa, onların nümayəndələrinə maraqlı olduqları prosesi diqqətdə saxlamaq, yönəltmək, təxribatlar törətmək imkanları məhz facebook vasitəsilə yaradılır.
Ərəb ölkələrində baş vermiş inqilablar zamanı facebook sosial şəbəkəsinin imkanlarından istifadə edilməsi heç kimə sirr deyil. Xəbərləşmə, komanda alma, təşkilatlanma və tədbirlərin təşkili, tədbirdən sonra video-görüntü paylaşımı, xəbərlərin həm regional, həm də beynəlxalq səviyyədə yayılması və digər çox böyük əhəmiyyətə malik proseslərin həyata keçirilməsi sosial şəbəkələrin inqilabi hərəkatlarda rolunu danılmaz edib.
Başqa ölkələri təqlid edən, gah "Qızılgül", gah "narıncı" inqilab edəcəyi ilə cəmiyyətə anonslar verən bizim ölkənin ənənəviləri bu dəfə də öz xarakterlərinə uyğun davranış göstərməkdədir. Ərəb inqilablarını imitasiya edən bu qüvvələr əsas ağırlığı facebook sosial şəbəkəsinin üzərinə salmaları bu baxımdan təbiidir. "XİLAS" və "İctimai Palata" qruplarında öz təbliğatlarını quran bu qüvvələr virtual həyatda o qədər eyforiyaya qapılıblar ki, bəzi reallıqları görməməzliyə gəlirlər. Məntiq, informasiya və bilik baxımından kasadlıqlarını nümayiş etdirən "facebook aslanları" fərqli fikirlərə dözüm göstərmir, diskussiya, polemika əvəzinə təhqir və söyüşlərə əl atırlar. İqtidar düşərgəsinə simpatiyası olanları təhqir etməklə kifayətlənməyən bu profil sahibləri öz düşərgəsində Əli Kərimov və İsa Qəmbərov yüngülcə tənqid etmək istəyənlərə, məsələn ALP sədri Əvəz Temirxana, MQP başqanı Vüqar Bəyturana elə söyüşlər yağdırırlar ki, bu zaman bir sual meydana çıxır: Əgər bu qüvvələr möcüzə nəticəsində iqtidar olarsa, Azərbaycanda plüralizmə, demokratik prinsiplərə qarşı döyüş başlamayacaqmı? Digər tərəfdən, polemikalarda uduzan bu "aslanlar" həmin qarşı profilləri qrupdan çıxarırlar. Virtual aləmdə qrupdan çıxarma, realda azadlıqdan məhrum etmə, ölkədən çıxarma, ya da sui-qəsd nəticəsində susdurulmağa bərabər deyilmi?
Maraqlı olan başqa məsələ polemikada bəzi "siyasətçilər"in siyasi səhvlərə yol verməsidir. Məsələn, Natiq Adilov adlı birisi İrana xidmət edən "İslam" partiyası ilə müxalifətin əməkdaşlığının milli maraqlara zidd addım hesab etməsinə belə cavab verir:" Bu siyasət elmi(?)dir, hakimiyyətə qarşı hətta şeytanla da ittifaqa girmək olar". Nəzərə alsaq ki, adı çəkilən gənc Əli Kərimovun mətbuat xidmətinə rəhbərlik edir, onda hər şey aydın olar. ABŞ- a, Qərbə münasibətdə himayədar obrazının açıq təbliği bu qüvvələri milli və dövlətçilik maraqlarından çıxış edən şəbəkə istifadəçilərinin gözündə milli xəyanətkar kimi imic formalaşmasına şərait yaradır.. Azərbaycan dövlətini aşağılayan və özlərinin cılızlığını nümayiş etdiən bu qüvvələr gerçək həyatda partiyalarının bütövlüyünü qoruya bilmədikləri kimi, virtual aləmdə də tez-tez münaqişələr yaşayır, bu da yeni qrupların ya ranmasına səbəb olur. Təsadüfi deyil ki, "XİLAS", "Ənənəvi müxalifət getsin", "Elçibəy", "M.Ə.Rəsulzadə", "Müxalifət partiyalarının birliyi", "Demokrat" və bu kimi digər qruplar daxili çaxnaşmaların, virtual mübarizənin nəticəsində meydana gəlib. Son onillərdə çoxlu kadr itkisinə uğraması ənənəvi müxalifət nümayəndələrinin bu gün belə çıxılmaz durumda olması təbiidir. Amma məsələ təkcə kadr problemi deyil. Əsaslandırmaq üçün mövqenin də məntiqli olması vacib şərtdir. Sözügedən qüvvələr hakimiyyətə gələrlərsə, alternativ olaraq, hansı addımları atacaqlarını açıq ortaya qoya bilmirlər. Eyni zamanda, 20 illik fəaliyyət tarixi və 1 illik hakimiyyət dövrü ən böyük qara piar olaraq bu qüvvələri izləyir. Bəlkə elə bu baxımdan tədbirlərinə xalqın qatılımını təmin edə bilmirlər. Aksiyalarda ancaq siyasi tərəfdarlarının iştirakı, xalqın dəstək verməməsi onların ən ağrılı tərəfləridir.

Digər xəbərlər