Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" Sərəncamına uyğun olaraq, Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi 2011-ci il iyul ayının 5-nə planlaşdırılır.
Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır. Verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsində Dünya Azərbaycanlılarının III Qurultayının təşkili ilə bağlı tədbirlər planı hazırlanmış və İşçi Qrup yaradılıb.