PDF Oxu

Sosial

  • 12

Gənclər müxalifətin riyakar əməllərinə etiraz edir

Gənclər müxalifətin riyakar əməllərinə etiraz edir
Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, dövlətimizin günü-gündən artan qüdrəti bəzi qüvvələrin narahatçılığına səbəb olub. Ona görə də, son günlər xarici maraqlı qüvvələr Azərbaycan daxilindəki xəyanətkar ünsürlərin köməkliyi ilə mövcud ictimai sabitliyi pozmağa cəhdlər edirlər. Maraqlısı isə odur ki, hələ də, cəngəllik təfəkkürü ilə yaşayan və fəaliyyət göstərən radikal müxalifət yetkililəri, qondarma partiya sədrləri gənclərin adından sui-istifadə edərək, müəyyən fikirlər səsləndirirlər. Cəmiyyətimizin bütün nümayəndələri kimi gənclər də, müxalifət düşərgəsindəkilərin onların adından səsləndirdikləri bəyanatlara, yalan və iftira dolu fikirlərə öz etirazlarını bildirirlər.
Gənclər adından radikal müxalifətin məkirli siyasətinə öz etirazını bildirən Nizami rayon sakini Əminə Qurbanova bu cür bədnam niyyətlərin ölkəmizdəki möhkəm ictimai sabitliyə heç bir zərbə vurmaq gücündə olmadıqlarını bildirdi. Qeyd etdi ki, gənclər birmənalı şəkildə müxalifətin riyakar niyyətinə öz etirazını bildirir. "Azərbaycan özünün müasir düşüncəli gənclər ordusu ilə gələcəyini tam təmin etməyə qadirdir" deyən Ə.Qurbanova cəngəllik təfəkkürlü psixologiyaların heç vaxt ayaq açıb yeriməyəcəyini söylədi.
Ölkə gənclərinin ən böyük qarantının məhz ölkə Prezidenti İlham Əliyev olduğunu söyləyən paytaxt sakini Əli Pənahov müəyyən qüvvələrin gənclərə ləkə yaxmaq, onların adından istifadə etmək niyyətlərinin baş tutmayacağını da dilə gətirdi. Vurğuladı ki, müasir Azərbaycan gəncliyi artıq öz gələcək prioritetlərini müəyyənləşdirib. Ona görə də, hər hansı bir kənar qüvvənin gənclərə təsir edərək, onları öz yolundan çəkindirməsinin mümkünsüzlüyünü diqqətə çatdıran Ə.Pənahov gənclərin riyakar əməllərə öz etiraz səsini ucaltdığını da söylədi.
Gənclərin müasir elmi biliklərə, intellekt təfəkkürə malik olduğunu söyləyən Nizami rayon sakini olan gənc fəal Samir Əhmədov son zamanlar bəzi qüvvələrin gənclərin adından yalan və böhtan dolu fikirlər səsləndirməsinin yolverilməz olduğunu söylədi. Bildirdi ki, bu gün müasir və müstəqil Azərbaycan dövlətinin sağlam düşüncəli gəncləri ancaq möhkəm təməllər üzərində bərqərar olmuş ideologiyaya əsaslanır.
Paytaxt gənclərinin radikal müxalifət ünsürlərinə həmişə öz layiqli cavabını verdiyini söyləyən gənc fəal Mübariz Həsənov ölkəmizdə həyata keçirilən möhtəşəm uğurlu işlərin məhz biz gənclərin yaxşı həyat sürməsinə xidmət etdiyini söylədi. Vurğuladı ki, kənar qüvvələrin təsiri altında olan müəyyən daxili ünsürlər öz maraqlarını naminə gənclərin adından istifadəyə cəhdlər edirlər. Bütün bunlar isə yolverilməzdir.
Qaradağ rayon sakini, gənc fəal Əlizamin Məmmədov da gənclər adından səslənən fikirlərin, verilən bəyanatların müxalifət üçün başucalığı gətirməyəcəyini söylədi. Bildirdi ki, bu gün müasir düşüncəli Azərbaycan gəncliyi özünün malik olduğu xüsusi keyfiyyətləri ilə müxalifətin çirkab içində olan ideologiyasını alt-üst etmiş olur.

Digər xəbərlər