PDF Oxu

Sosial

  • 14

"DİN ictimai asayişin qorunması üçün bütün mümkün vasitələrdən istifadə edəcək"

"DİN ictimai asayişin qorunması üçün bütün mümkün vasitələrdən istifadə edəcək"
Daxili İşlər Nazirliyi vətəndaşların narahatlığının pozulmaması, ictimai asayişin qorunması üçün bütün mümkün vasitələrdən istifadə edəcək. SİA-nın xəbərinə görə, bunu DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov müxalifətin mitinq keçirmək qərarına münasibət bildirərkən deyib. O, qeyd edib ki, ictimai asayişin mühafizəsini təmin edən polis siyasi, dini və əqidə baxışlarından asılı olmayaraq hər bir vətəndaşın, toplumun, siyasi partiyanın qanun çərçivəsində etdikləri bütün hərəkətlərə hörmətlə yanaşır. Onun sözlərinə görə, mitinq, yürüş, aksiya keçirmək dövlət tərəfindən vətəndaşa verilmiş hüquqdur. Polisin tələbi yalnız ondan ibarətdir ki, vətəndaş qanuna riayət etməli, qanundan kənara çıxmamalı, başqalarının hüququnu pozmamalıdır: "Əgər aprelin 2-də keçirilən mitinq şəhər icra hakimiyyəti ilə razılaşdırılarsa, onlara təklif olunan yerdə keçirilərsə, bu halda polis nəinki onlara maneçilik törədəcək, əksinə, onların təhlükəsizliyini təmin edəcək".
E.Zahidov deyib ki, razılıq verilməyəcəyi təqdirdə kimsə vətəndaşların rahatlığını poza bilməz: "Aprelin 2-nə mitinq təyin edənlər də bu deyilənlərə riayət etməlidirlər. Mövcud qanunlarımıza uyğun olaraq paytaxtımızda mitinq, digər kütləvi aksiyalar keçirmək üçün yerlər müəyyən edilib. Bu barədə mitinq təşkilatçılarına dəfələrlə məlumatlar verilib. Əgər müxalifətin keçirmək istədiyi aksiya razılaşdırılmış şəkildə keçirilərsə, polis kütləvi aksiya keçirənlərin təhlükəsizliklərini də təmin edəcək".

Digər xəbərlər