Suraxanı rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsinin "Kondisioner bağları" yaşayış massivində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazidə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mətləb
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...
Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...