PDF Oxu

Sosial

  • 19

"Qızıldaş Sement" zavodunun tikintisi ilə bağlı müqavilə imzalanıb

"Qızıldaş Sement" zavodunun tikintisi ilə bağlı müqavilə imzalanıb
Dünən Azərbaycanın "Norm MMC" şirkəti ilə Çinin "China Triumph İnternational Engineering Coş., Ltd" (CTİEC) şirkəti arasında "Qızıldaş Sement" zavodunun tikintisi ilə bağlı müqavilənin imzalanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə "Norm MMC" şirkətinin baş direktoru İsmail Erkovan, sədr müavini Məmməd Abbasov, CTİEC şirkətinin sədri Penq Şoun və başqa səlahiyyətli şəxslər iştirak edib.
İlk olaraq çıxış edən "Norm MMC"-nin baş direktoru İsmail Erkovan bildirib ki, XXI əsrdə dünyadakı sürətli iqtisadi inkişafa paralel olaraq, Azərbaycanda çox sürətli bir yüksəliş başlayıb və sürətini azaltmadan davam etməkdədir: "Konsorsiumun lideri CTİEC olmaqla yanaşı, zavodun əsas avadanlıqları Almaniyanın və digər Avropa ölkələrinin ən iri şirkətlərindən alınacaq. Digər tərəfdən Yaponiyanın ən iri şirkətlərindən biri olan Mitsubishi Corparation da məsləhətçi kimi CTİEC ilə birgə çalışacaq".
"Bu layihə hazırlanarkən dünya sement sektorundakı ən yeni texnologiyalara üstünlük verilib. Zavodun tikiləcəyi ərazi Qaradağ rayonunda, Səngəçal Neft terminalının 3 km şimal-qərbində inşa ediləcək. Qeyri-neft sektorunun ən böyük yatırımlarından biri olan layihələrimizin Azərbaycanın iqtisadi və sosial inkişafında böyük rol oynayacağına və ölkənin daha da qüdrətlənməsinə xidmət edəcək", - deyə İ.Erkovan əlavə edib.
Daha sonra zavodun layihəsindən bəhs edən video çarx nümayiş olunub.
Nümayişin ardınca CTİEC şirkətinin sədri Penq Şoun çıxışında vurğulayıb ki, müştərilər üçün dəyər yaratmaq bizim ideologiyamızdır: "Qızıldaş Sement layihəsi Azərbaycandakı tərəf müqabilimizlə əməkdaşlığı möhkəmləndirmək üçün yeni imkanlar yaradır və birlikdə biz ən yüksək səviyyəli sement zavodunu inşa edəcəyik".
Mərasimin sonunda iki ölkə arasında razılığa əsasən müqavilə imzalanıb.

Digər xəbərlər