Hörmətli Bəhruz müəllim,
Sizi və kollektivinizi "Səs" qəzetinin 20 illik yubileyi münasibəti ilə təbrik edirəm. "Səs" qəzeti yeni Azərbaycan dövlətinin formalşadığı dövrdə yaradılıb. Bu zamanlar qəzetin bütün kollektivi, başda keçmiş baş redaktor Ağabəy Əsgərov olmaqla çətin sınaqlardan keçib. Məhz "Səs" qəzeti vasitəsilə Azərbaycanın aparıcı ziyalıları 1992-ci ildə Heydər Əliyevə yeni bir partiyanın yaradılmasını, daha sonra isə Azərbaycan dövlətçiliyini yaranmış təhlükələrdən qorunması məqsədi ilə müraciət etmişdilər.
Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində ölkə mətbuatı inkişaf etmişdir. Bu inkişafdan "Səs" qəzeti də bəhrələnmişdir. Eyni zamanda, redaksiya heyətinin göstərdiyi yüksək potensialı və bacarığı nəticəsində qəzet bir çox tanınmış siyasi xadimlər, ziyalılar və müasir ekspertlər tərəfindən mötəbərliklə qəbul edilmiş bir mətbu orqana çevrilmişdir . Sevindirici haldır ki, son illər ərzində qəzetin nəzdində eyniadlı informasiya agentliyi yaradılıb və saytın rus bölməsi də ərsəyə gətirilib. Bunun nəticəsi olaraq da Rusiyada da çoxlu sayda oxucu kütləsi toplayıb.
Hörmətli Bəhruz müəllim sizə və qəzetinizin bütün əməkdaşlarına səmimi-qəlbdən xoşbəxtlik, əmin- amanlıq, yaradıcılığınızda yeni nailiyyətlər və bizim iki ölkə arasında olan dostluq münasibətlərinin inkişafı naminə səmərəli fəaliyyət arzu edirəm.
Sədr S. Vinakurov