PDF Oxu

Sosial

  • 12

5-ci sinif dərsliklərinin kurikulum əsasında hazırlanmasına başlanacaq

5-ci sinif dərsliklərinin kurikulum əsasında hazırlanmasına başlanacaq
2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin IV sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin hazırlanması məqsədilə tədbirlərin görülməsi nəzərdə tutulub. Bu barədə SİA-ya açıqlamasında cari il dərslik siyasətində görüləcək işlər barədə danışan Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib.
O bildirib ki, bu il dərslik komplektlərinin tələb olunan meyarlar üzrə qiymətləndirilməsinin şəffaf, obyektiv aparılması üçün ekspert qruplarının seminar-treninqlərinin təşkili, ümumtəhsil məktəblərinin III sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin "Əsas şərtlər toplusu"na uyğun hazırlanması və tender təkliflərinin təqdim edilməsi üzrə nəşriyyatlarla seminar-müşavirələrin keçirilməsi, məktəb kitabxanalarının fəaliyyəti, dərslik kitabxana fondlarının yaradılması planlaşdırılır. Onun sözlərinə görə, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ayrı-ayrı fənlər üzrə hazırladığı test, digər vəsaitlərin mövcud proqram, dərsliklərə müvafiqliyinin araşdırılması, təhlili, onlara qrif verilməsi nəzərdə tutulur.
"5-ci sinif dərsliklərinin 2012-ci ildə kurikulum əsasında hazırlanacağı, 7-ci sinif dərsliklərinin ehtiyatda kifayət qədər olduğu nəzərə alınaraq çap olunması planlaşdırılır. I, VI və VIII-XI siniflər üçün 78 adda dərsliyin nəşri və çapı nəzərdə tutulub. Belə ki, 2011-2012-ci tədris ilində VII-XI siniflər üzrə 38 adda, IV siniflər üçün isə kurikulumu əsasında 40 adda vəsait çap olunacaq. Ümumi təhsilin kurikulumu əsasında 2011-2012-ci tədris ilinə IV siniflər üçün dərslik komplektlərinin hazırlanması, çapı ilə əlaqədar müvafiq işlər görülüb. Gələn tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender elanına uyğun olaraq, həmin dərsliklərin proqramları yenidən işlənilib. VII-XI siniflər üzrə yenidən işlənən proqramlar, onların qiymətləndirmə meyarları təsdiq edilib və tenderdə iştirak edən iddiaçı nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunub. Ümumtəhsil məktəb kitabxanalarının iş fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində müvafiq işlər görülüb", - deyə o əlavə edib.

Digər xəbərlər