Su Tanrının insanlara böyük hədiyyəsidir. Susuz həyatın mövcud olması mümkün deyil. Su, həyatın əsas ünsürü kimi, Allahın xüsusi olaraq yaratdığı, hər növ fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün var etdiyi bir maddədir. Dünyadakı əsas dörd ünsürdən birinin su olması da bu nemətin möcüzəsindən xəbər verir.Xalqımız üçün də su paklıq, xeyirxahlıq, həyat rəmzidir.
Səfərə çıxan pis adamın dalınca daş, yaxşı adamın arxasınca su atırlar. Su bütün dövrlər üçün həyatın başlanğıcı, onun davamlı inkişafı və milli tərəqqimizin qarantı deməkdir. Bir sözlə, su həm həyat, həm sağlamlıq, təmizlik, həm də paklıq deməkdir. Su, eyni zamanda, millətin genofondunun sağlam təməl üzərində qurulması deməkdir. Torpaqda çalışan insanlar üçün isə su həm də ruzi və bərəkət deməkdir. Su həyatdır, harada su varsa, orada inkişaf vardır, haraya su gedirsə, orada həyat qaynayır. Bu mənada, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, dünyada qlobal su probleminin yaşandığı və su mənbələrinin tükəndiyi bir vaxtda Azərbaycanda təmiz, mineral tərkibə malik bulaq suyunun paytaxtdan 270 km uzaq məsafədən şəhər əhalisinə çatdırılması, doğrudan da, böyük qətiyyət, iradə və tükənməz enerjinin nəticəsi sayıla bilər. Bu, Azərbaycanın dövlət başçısının qarşıya qoyduğu hər bir məqsədə çatmaq uğrunda apardığı gərgin fəaliyyətin və əzmkarlığının nümunəsidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin məharətli fövqəl idarəetmə gücünün təntənəsidir. Dövlət başçısının bəyan etdiyi kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ölkəmizdə ən mühüm tarixi hadisədir: "Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava - biz bütün bunlara nail olmalıyıq".
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Azərbaycanın dövlət başçısının ölkə əhalisi, xüsusən, paytaxt sakinləri üçün ən gözəl töhfəsidir. Vaxtilə "Bakıya bol-bol su gətirəcəyik", - deyən Ulu Öndərin böyük arzularından biri olan həyati vacib bu su kəmərinin tikintisi məhz Onun sadiq davamçısı, idarəçilik məktəbinin layiqli yetirməsi kimi, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində gerçəyə çevrilib. Respublikamızda həyata keçirilən digər nəhəng layihələr kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də xalqımızın həyatı üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, bu layihə kommersiya məqsədləri daşımır, sosialyönümlüdür, dövlətin xalqın sağlamlığına qayğısının bariz nümunəsidir.
Bir də su kəmərinin tikilməsi ona görə önəmlidir ki, ilk növbədə, o, Bakının su probleminin həllinə kömək göstərir.
Uğurlu nailiyyətlərə qadir olan müstəqil Azərbaycan
Məhz bu kəmərin tikintisi, bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövləti hər şeyə qadirdir. Bu vaxta qədər 4 su kəməri tikilib. İlk kəmər 1917- ci il Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib. İkinci belə bir kəmər isə 1950-ci illərdə tikilib. Azərbaycanın yaxın tarixində əhalini içməli su ilə təmin edəcək son iki kəmər isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Oğuz-Qəbələ-Bakı su kəməri isə beşincidir. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycan üçün prioritet məsələdir, xüsusən, su təhcizatı, demək olar ki, bu bölgədə mövcud olan su yüksək keyfiyyətə malikdir. Dünyanın ən yüksək standartlarına uyğundur. Su kəmərinin istifadəyə verilməsi həyat üçün vacib əvəzolunmaz nemətdən düzgün istifadəyə şərait yaradacaq. Kəmərin istifadəyə verilməsi Bakı şəhərinin içməli su ilə tam təminatına imkan yaradır. Su çəkmək el arasında da savab iş saylır. Dədə-babalardan bu iş görənlərə "su qədər ömrün olsun alqışı" da elə belə deyilmir
Sağlamlıq üçün ən böyük töhfə
Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakıya çəkilməsi yaddaşlardan silinməyəcək fövqəltarixi bir hadisədir. Ümumiyyətlə, əhalini içməli su ilə fasiləsiz və keyfiyyətli şəkildə təmin etmək Ümummilli Liderin hakimiyyətinin bütün dövrlərində iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunub. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır və tikiləndən sonra uzun illər Azərbaycan xalqına xidmət edəcək: "Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları təmiz su içsinlər. İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyələr var idi: su ehtiyatları var, yoxdur, bunun qiyməti nə qədər olacaq, necə olacaq, maliyyə haradan olacaq? Biz özümüz etdik. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz qaldı. Nə etdik? Özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaqdır. Yenə də deyirəm, bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi xarakter daşıyır".