PDF Oxu

Sosial

  • 10

"Səs"in sədası

"Səs"in sədası

İllərdən bəri maraqlı, oxunaqlı yazıları ilə diqqəti çəkən, "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs"in əhatə dairəsi günü-gündən genişlənir, oxucularının sayı artır.
"Səs" bu gün də tutduğu yolu uğurla davam etdirir. 20 illik təcrübəsinə əsaslanaraq fəaliyyətini müasir dövrün, dünya mətbuatının tələblərinə uyğun təkmilləşdirən "Səs" respublikada yaranmış söz, mətbuat azadlığından istifadə edərək oxucularını yeni, maraqlı məlumatlarla tanış edir.
Biz də ömrünün "gənclik illərini yaşayan", ikinci onilliyini mühüm uğurlarla arxada qoyan "Səs"in sevincinə qoşulur, qəzetin uzun illər baş redaktoru olmuş, ürəyi daim "Səs"lə döyünən və hazırda "Azərbaycan" nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov və qəzetin hazırkı baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün əməkdaşlarını yubileyləri münasibətilə təbrik edir, uğurlar arzulayır və deyirik: 100 yaşında da səsiniz belə gur, mətin və qətiyyətli eşidilsin, oxucularınız bol, qələminiz iti, yolunuz işıqlı olsun. Daim xoş xəbərlər müjdəçisi olasınız!
Ad gününüz mübarək!
Dərin hörmətlə,

"İki sahil" qəzetinin kollektivi adından Baş redaktor, Əməkdar jurnalist Vüqar Rəhimzadə

Digər xəbərlər