PDF Oxu

Sosial

  • 18

Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Dünən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib. Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə miras qoyduğu 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən danışmışdır. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Ali Məclisi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması barədə qərar qəbul etmiş və onun bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdır. Parlamentin 1991-ci il 26 dekabr tarixli qərarı ilə hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Sonda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim edilmişdir.

Digər xəbərlər