PDF Oxu

Sosial

  • 12

Ombudsmanın səlahiyyətlərinin genişləndirilməsi...

Ombudsmanın səlahiyyətlərinin genişləndirilməsi...

Hələ 2006-ci ildə cəmiyyətdə Mətbuat Ombudsmanın yaradılması yönümündə fikir mübadilələri aparılırdı. Bunu AŞ PA-nın Azərbaycan qarşısına qoyduğu öhdəliklərdən biri kimi, dəyərləndirənlər də var. Qızğın müzakirələrdən, diskussiyalardan sonra Milli Məclis tərəfindən İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkibində Mətbuat Ombudsmanın fəaliyyət göstərilməsi barədə qanun qəbul edildi.
Söhbət etdiyimiz qəzet baş redaktorları Mətbuat Ombudsmanı təsisatının qəzetlərin üzə çıxa biləcək, problemlərin aradan qaldırılmasına yardımçı olduğunu bildirdilər.

Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru:
- Bu haqda hələ 2006-ci ildə Azərbaycan öz üzərinə öhdəlik götürmüşdü. Bildiyiniz kimi, keçmiş millət vəkili Rizvan Cəbiyevi o qanun layihəsinin qəbulunda çox fəal şəkildə iştirak etmişdi. O qanunun əsas müəllifi olan Rizvan müəllim də sözügedən bu məsələ ilə bağlı bu yaxınlarda belə açıqlaması yayılmışdir ki, həmin qanunun icra olunması vacibdir. Madam ki, Milli Məclis qanunda İnformasiya üzrə Ombudsman Aparatının tərkibində olunmasını nəzərdə tutur, fikrimcə, bunun icrasına elə bir problem olmamalıdır. Burada əsas odur ki, Ombudsman Aparatının tərkibinə, strukturuna peşəkar insanlar cəlb olunsun. Təbii ki, mən jurnalist olaraq, arzu edərdim ki, bu ayrıca bir struktur kimi formalaşsın. Amma bunun ayrıca bir struktur kimi, formalaşmaması da böyük bir faciə deyil. Əsas odur ki, bu qanun icra olunsun və Azərbaycan öz qarşısına götürdüyü öhdəlikləri icra etmiş olsun. Bir sözlə, onlarla işləməyi bacaracaq və peşəkar insanlar olsun.
Bir var, Mətbuat Ombudsman təsisatı, yəni hazırda Mətbuat Şurası həmin işi görməkdədir. Yəni, bu cəmiyyətlə mətbuatın münasibətlərini tənzimləməklə məşğuldur. Bir də var ki, informasiya Azadlığı üzrə Ombudsmanın təsisatı, hansı ki, indiki ombudsman təsisatının tərkibinə verilir. Milli Məclisin qəbul etdiyi qərar dəyişikliklərindən qüvvəyə minməsi nəzərdə tutulan digər struktur, "reket" jurnalistikaya qarşı mübarizə funksiyasını yerinə yetirmir. Bu informasiya azadlığının təmin olunması ilə məşğul olmalıdır. Yəni, mətbuatın dövlətdən narazılığını, mətbuatın ayrı-ayrı nazirliklərdən, strukturlardan tənzimlənməlidir ki, informasiya azadlığı necə həyata keçirilir. "Reket" jurnalistikaya qarşı mübarizə isə Mətbuat Şurasının funksiyasıdır. Yəni yaranacaq strukturun funksiyası isə bilavasitə mətbuatın problemlərini həll etməklə məşğuldur. Mətbuatda yaranan iş problemləri ilə yox, yalnız mətbuatın dövlətlə yaranan problemləri, informasiya azadlığının təmin olunması sahəsində ki, problemləri həll etməklə məşğul olacaqdır.

Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Mən çox arzu edərdim ki, İnformasiya Ombudsmanı ayrıca bir qurum olsun. İnformasiya Ombudsmanı ayrıca bir qurum olunmasını, ATƏT-in də, Azərbaycan qarşısına qoyduğu öhdəliklər sırasında idi. Əgər o, ayrıca bir sutruktur kimi yaransaydı, jurnalistlər ilə işləmək, jurnalistlərin qarşılaşdığı problemləri həll etmək daha operativ və intensiv olardı. 2005-ci ildə qəbul olunmuş informasiya əldə etmək haqqında qanun layihəsində də, ayrıca İnformasiya Ombudsmanı yaradılması nəzərdə tutulmuşdur. Ancaq indi isə ombudsmana bu səlahiyyətlərin verilməsi, fikrimcə, ümumi ombudsmanın tam şəkildə bacara biləcəyi bir iş deyil. Onun üçün isə, yenidən Ombudsman Aparatında ayrıca bir struktur olmalıdır ki, jurnalistlərin informasiya əldə etmək sahəsində olan problemlərini həll etsin. Bir sözlə, istərdim ki, yaradılacaq ombudsman tərkibin də struktur, çevik bir struktur olsun. Həqiqətən də, jurnalistikanın inkişafına köməyi dəysin.
Sadəcə olaraq, hazırda fəaliyyət göstərən ombudsmanın səlahiyyətləri genişlənib. Bu vaxta kimi, fəaliyyət göstərən ombudsman jurnalistika sahəsində və jurnalistlərin hüquqları ilə bağlı, iri planda hər hansı bir ciddi fəaliyyətinə rast gəlməmişəm. İnformasiya ombudsman isə spesfik sahə idi. Spesfik sahə olduğuna görə də, bura mətbuatı bilən və jurnalistika işindən məlumatı olan bir şəxs rəhbərlik etməli idi. Ancaq indiki İnformasiya Ombudsmanı və ümumiyyətlə, Ombudsman aparatının funksiyası, nə "reket" jurnalistikaya qarşı mübarizə aparmaqdır nə də cəmiyyətlə qəzetlər arasında münasibəti tənzimləməkdir. Bir sözlə, bundan sonra biz onun fəaliyyətini qiymətləndirə bilərik.

Digər xəbərlər