PDF Oxu

Sosial

  • 16

Şərur rayonunun Püsyan kənd sakinlərinin bəyanatı

Şərur rayonunun Püsyan kənd sakinlərinin bəyanatı
Püsyan kəndi Şərur rayonunun inkişaf etmiş kəndlərindən biridir. Bu inkişafı hər an görür və hiss edirik. Yada salmaq kifayətdir ki, 1996-2000-ci illərdə Azərbaycanda həyata keçirilən 6 pilot layihədən biri Püsyan kəndini əhatə etmiş, 5 milyon dollar məbləğində kompleks tədbirlər aparılmış, əhaliyə pay torpaqları verilmişdir. Bu gün Püsyan kəndinin hər bir sakini bərəkətli torpağa, bol suya - kənd təsərrüfatı ilə məşğul olmaq üçün lazım olan bütün imkan və şəraitə malikdir. Səxavət Əliyev kimi insanların görülən işlərə qara yaxması isə bizi narahat edir. Radikal müxalifətə məxsus mətbuat orqanları nə qədər ki, öz kəndində qəbul olunmayan, heç bir hörmət və izzəti qalmayan belə adamları əldə bayraq edir, bir o qədər də gözdən düşürlər. Çünki ataların sözu var: qarışqadan fil olmaz. Səxavət Əliyev və qohum-əqrəbası nə rayonumuzda, nə də kəndimizdə heç bir faydası olmayan adamlardır. Torpaq becərməyən, təsərrüfatla məşğul olmayan, əlindən heç bir iş gəlməyən Çapay və Səxavət Əliyev qardaşlarını ağsaqqal, ağbirçək hörməti saxlamayan adamlar kimi tanıyırıq. Bu səbəbdən də nə Çapaya, nə də Səxavətə Püsyan kəndi adından danışmaq səlahiyyəti verməmişik. Qətiyyətlə bildiririk ki, Püsyan kəndinin adını biabır edən bu şəxsləri püsyanlı hesab etmirik. Səxavət Əliyev reallıq hissini o dərəcədə itirib ki, kənddə adam qalmadığını bəyan edir. Nə əcəb o, heç bir adam qalmayan kənddən deputat seçilmək istəyirdi?! Dostlarımız da, düşmənlərimiz də bilsinlər: biz belə adamı deputat seçmərik. Bu səbəbdən də Səxavət Əliyevin seçki kampaniyasında iştirak etməmiş və namizəd kimi ona səs verməmişik. Biz parlament seçkilərində Heydər Əliyev quruculuq xəttini dəstəkləmişik. Soruşuruq: nə üçün müxalifət qurumları Səxavət Əliyev kimi başa düşülməyən varlıqlar, böyük-kiçik tanımayan, qanunsuz obyekt işlədən Çapay Əliyev və qohumları qanunu pozanda dərhal onları müdafiəyə qalxırlar? Demək, bu təşkilatlara qayda-qanun yox, qeyri-sabitlik lazımdır. Belə təşkilatlara xəbərdarlıq edirik ki, Püsyan kəndini siyasi oyunlara çəkməsinlər. Əks təqdirdə onların qarşısını biz öz gücümüzlə alacağıq. Bu bəyanata Səxavət Əliyevin iddiasına rəğmən, bu gün Şərur rayonunun Püsyan kəndində yaşayan 5 minə yaxın kənd sakini adından imza atır və müvafiq orqanlardan tələb edirik ki, bizim razılığımız olmadan Püsyan kəndinin adından danışan, əslində isə kəndin adını batıran bu cür adamlara və qeyri-hökumət təşkilatlarına qarşı qanun çərşivəsində ölçü götürsünlər.

Digər xəbərlər