PDF Oxu

Sosial

  • 12

DSX əməkdaşları tərəfindən axtarışda olan 99 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilib

DSX əməkdaşları tərəfindən axtarışda olan 99 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilib
Hər ay olduğu kimi, noyabr ayı ilə bağlı Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hesabatları olur. DSX-nin mətbuat mərkəzindən "Səs" qəzetinə verilən məlumata görə noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 17 halda 27 nəfər saxlanılıb.
Tutulan sərhəd pozucularının 17 nəfəri Azərbaycan, 3 nəfəri Gürcüstan, 3 nəfəri İran İslam Respublikası, 3 nəfəri Rusiya, 1 nəfəri Pakistan vətəndaşıdır. Axtarışda olan 99 nəfər saxlanılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 20 halda 5 kiloqram 999 qram narkotik maddə aşkar edilərək, götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 73 halda ümumi dəyəri təqribən 246 min 857 manat olan qaçaqmal, o cümlədən, 159 500 ABŞ valyutası, 90 400 metr tor, 21 000 ədəd qarmaq, 1192 ədəd müxtəlif adda dərman preparatları, 58 ədəd mobil telefon, 361 ədəd mobil telefon aksessuarları, 270 qutu siqaret, 280 qram qızıl-zinət əşyaları, 5 baş at, çoxsaylı müxtəlif spirtli içkilər, digər sənaye və ərzaq malları saxlanılıb.

Digər xəbərlər