TÜRKİYƏ-AZƏRBAYCAN BİR MİLLƏT İKİ DÖVLƏTDİR!
Azərbaycan -Türkiyə Birgə Müəissəsi bütün türk dünyasının tanınan və sevilən lideri Heydər Əliyevin əziz xatirəsinin 7-ci il dönümü ilə baglı anım mərasimini kecirdi .
Dünyanın bir cox ölkələrində oldugu kimi Azərbaycanın bütün bölgələrində və eyni zamanda paytaxtımızda Azərbaycan Dövlətinin qurucusu, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər kecirilirdi. Bu mohtəşəm tədbirlərdən biri də Grand Hotel Europe-də Azərbaycan Türkiyə Birgə Müəssisəsi olan MP şirkəti tərəfindən təşkil olunmuş tədbir idi. Türkiyəli iş adamı Ərcan Turan yeddi ildir Ulu Öndərimizin əziz xatirəsini uca tutaraq ona layiqli şəkildə anım mərasimi təşkil edir. Bu möhtəşəm tədbirdə Türkiyənin və Azərbaycanın millət vəkilləri, səfirlikləri, iş adamları, sənət adamları toplaşmışdılar.
Tədbirin acılışında dövlət himnimiz səsləndirildikdən sonra Ulu Öndərimizin əziz xatirəsi bir anlıq sükutla yad edildi, Ulu Öndərimiz haqqında yaddaşlardan silinməyəcək video-carx göstərildi. Tədbirdə Heydər Əliyev siyasətini layiqli şəkildə davam etdirən və dəstəkləyən tanınmışlara mükafatlar təqdim edildi.
M.K.Atatürkün "Azərbaycanın kədəri kədərimiz,sevinci sevincimizdi!" şüarı öz təsdiqini hər addımbaşı tapır.Ulu Öndərimiz hər zaman hər bir sahənin mükəmməl yaradıcılarını qiymətləndirən, dəyər verən bir fenomen idi. Qeyd etməliyəm ki, əslən Azərbaycanlı olan Türkiyəli iş adamı Ərcan Turan da Ulu Öndərin dəyər verib qiymətləndirdiyi şəxslərdən biridır. Cox səmimi və dürüst olan Ərcan Turanın Ulu Öndərin təklif və diqqəti sayəsində Azərbaycanda fəaliyyət göstərməsiniə şərait yaradılıb.
Tədbirdə Azərbaycanın tanınmış simaları Niyaməddin Musayev, Bilal Əliyev, Elza Seyidcahan Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirdilər və xalq artistimiz Məleykə Əsədovanın söylədiyi şeirlər hər kəsdə böyük təssürat oyatdı. Dörd saata yaxın davam edən anım mərasimi hər kəsin ürəyincə oldu və sonda Ulu Öndərin adına ehsan verildi.