Belə bir misal var, deyir oğurluqla ibnəlik (atalar gərək bağışlasın, əsas sözü işlədə bilmədiyimə görə R.R.) qırx gün çəkər. İndi radikalların bir-bir öz partiyalarından çıxdaş olmaları, bir partiyadan o birinə, o birisindən də təzə partiya yaratmağa getmələri aləmi qatıb bir-birinə. Əziyyət çəkən də biz oluruq-qələm əhli. Yəni ki, əlimizə qələm alıb Müsavatın səlahiyyətlisi Sülhəddin Əkbərov yazmaq istəyəndə baxıb görürük ki, Sülhəddin bəy daha müsavatçı deyil. Müsavatçı İbrahim İbrahimov yazmaq istəyəndə üzə çıxır ki, yox ee, daha müsavatçı deyil.
Hə, qalmışdıq yuxarıdakı məsələnin üstündə. Sən demə, biz Sülhəddinə və İbrahim kişiyə "vurulmuş" Vurğuna müsavatçı-müsavatçı deyib yazanda, heç demə xəbərimiz yox imiş əsas məsələdən. Əsas məsələ də buymuş ki, torbada pişik var! Özü də kimin torbasında?! Elə məsələnin də duzu-istiotu bundadı ki, Əli Kərimov adlı "islahatçı" Kərəmullanın torbasında! Torbadan da sülhpərvər olmayan Sülhəddin, İbrahim kişi bir də "vurulmuş" Vurğun çıxdı. Çıxdı nə çıxdı... Elədən-belə, belədən-elə üzə çıxdı ki, bu "müsavatçı" eks-müsavatçılar saman altından su yeridə-yeridə AXCP(i)-çi müsavatçılardı. Belə şeylər ancaq bizim müxalifətçilərdən çıxar. Bir partiyada oturub, o biri partiya ilə "işləmək" yəni "nayomniklik" etmək. Lap dəqiq desəm, "agent-stukaç" rolu oynamaq. Əlbəttə, bu onların öz "şərəfyab" işləridi, amma bizim aləmdə belə işlərə yaxşı baxmırlar, sözün doğrusu... Nə başınızı ağrıdım, Əli Kərimov adlı Kərəmulla neçə iliymiş ki, həmin o üç nəfəri yedirdib-içirdib, geyindirib-kecindirib, tellərinə "dişli daraqla" sığal çəkib Müsavatdan özünə mənbə kimi istifadə edib. Axı Əli Kərimovun vaxtilə qan-qan bağıran başqan İsadan zəndeyi-zəhləsi gedirdi. Ona görə də qan-qan İsadan intiqamını "nayomniklər" vasitəsilə almağı bacaran Əli Kərimullanın bundan sonra ürəyi rahat döyünəcək. Çünki nəinki həmin üç nəfər, eləcə də, onlara qoşulub istefa verənlərin də siyahısını (bax: qəzeti, 7 dekabr buraxılışı) "nayomniklərin" yanında əlavə öpmək olar. Deyirəm, zırıltı hələ bundan sonrakıdı. Bir də baxıb görəcəyik ki, ADP-dən, AMİP-dən, hətta Çingiz Dəmiroğlunun partiyasından belə Kərimullanın "nayomnikləri" çıxır. Deyirəm, gədədə fərasətə bax ee!