PDF Oxu

Sosial

  • 12

Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilib və noyabr ayı ərzində müəyyən nəticələr əldə olunub. Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Səs"ə verilən məlumata görə, cari ilin noyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmcinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.974 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib. Həmçinin, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə, müvəqqəti və daimi yaşama qaydaların pozulması hallarının aşkar edilərək, qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilmiş tədbirlər nəticəsində 935 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 134 nəfərin cərimə tətbiq edilməklə, ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 619 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 182 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. 16 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından, həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıb. Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər