AŞ PA Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olacaq
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal olacaq.
Milli.Az xəbər portalının məlumatına görə, bunu qurumun rəhbəri Mövlut Çavuşoğlu Türkiyənin "Aksion" dərgisinə müsahibəsində bildirib. "Biz Avropa Şurasına üzv ölkələrdəki problemlərin həlinə çalışırıq. Buna görə də ilk növbədə Albaniya və Bosniya kimi ölkələrə səfər etmişəm. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, bu sahədə yeni addım kimi altkomissiya yaradırıq. Yanvarda bu məsələ gündəmə gətiriləcək. Mən AŞPA-ya rəhbərliyə başladıqdan sonra Azərbaycan və Ermənistan nümayəndə heyətlərilə 5 görüş keçirmişəm. Münaqişənin həllinə nail olmaq üçün daha fəal olacağıq", - deyə Çavuşoğlu qeyd edib.