PDF Oxu

Sosial

  • 11

Ağstafa seçiciləri YAP-ın deputatlığa namizədinə səs verəcəklər

Ağstafa seçiciləri YAP-ın deputatlığa namizədinə səs verəcəklər
Dünən YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərovun təşviqat kampaniyası çərçivəsində rayonun Ağgöl, Muğanlı, Köçərli, Sadıqlı, Böyük Kəsik və Qarayazı kəndlərində seçicilərlə növbəti görüşləri keçirilib.
Ağstafanın Ağgöl kəndində keçirilən görüşdə çıxış edən YAP-ın Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkiləri haqqında seçiciləri məlumatlandıraraq, YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd kimi hazırda Ağstafanın deputatı olan Nizami Cəfərovun namizədliyini irəli sürdüyünü bildirib. R.Tatarov öz çıxışında, YAP-ın Azərbaycanda xalqla həmrəyliyi olan yeganə partiya olduğunu qeyd edərək, budəfəki seçkilərdə də seçicilərin YAP-ın namizədinə səs verməklə partiyaya öz dəstəklərini göstərəcəklərinə inandığını vurğulayıb.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov seçicilər qarşısında çıxış edib. YAP-ın deputatlığa namizədi kimi seçiciləri noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə aktiv olmağa çağıran N.Cəfərov seçicilərə öz seçimlərində müstəqil olduqlarını və ən layiqli namizəd kimi bilirlərsə, ona səs vermələrini tövsiyə edib. N.Cəfərov bu vaxta qədər keçirilən seçkilərdə Ağgöl kəndinin seçicilərinin YAP-ın namizədinə dəstək verdiklərini bildirərək, budəfəki seçkilərdə də düzgün seçim edəcəklərinə və Azərbaycanın ən böyük partiyasının namizədinə səs verəcəklərinə inandığını bildirib.
Görüşdə seçicilər onları maraqlandıran məsələlər və onların həlli ilə bağlı fikirlərini açıqlayıblar. Ağgöl kəndinin sakinləri, bütün seçkilərdə olduğu kimi, noyabrın 7-də də seçki məntəqələrinə gedərək, YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Dünən YAP-ın Ağstafa rayon təşkilatının rəhbərliyi ilə YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində daha bir görüşü rayonun Köçərli kəndində keçirilib. YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov çıxış edərək, seçiciləri noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə məlumatlandırıb. Təşkilat sədri 1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilmiş seçkilərdə YAP-ın platformasına dəstək verən ağstafalılar 7 noyabr parlament seçkilərində də, eyni mövqeyi nümayiş etdirəcəklərinə əmin olduğunu söylədi.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərov isə öz çıxışında seçiciləri YAP-ın vahid seçki platforması ilə bağlı məlumatlandırıb. Köçərli əhalisinin onu yaxından tanıdığını bildirən deputatlığa namizəd budəfəki seçkilərdə seçicilərin etimadını qazanarsa, onların problemlərinin həllinə yaxından kömək etməyə çalışacağını bildirib. N.Cəfərov bildirib ki, millət vəkilinin fəaliyyətinin əsasını qanunvericilik fəaliyyəti təşkil edir. Deputatlar müəyyən məsələlərin həlli ilə bağlı dövlət qurumları qarşısında yalnız təklif və təşəbbüslə çıxış edə bilirlər. Nizami Cəfərov seçiciləri fəal olmağa və 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ən layiqli namizədə səs verməyə çağırıb.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Böyük Kəsik, Muğanlı, Sadıqlı, Qarayazlı kəndlərində görüşü keçirilib. Görüşdə YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov, 108 saylı Ağstafa seçki dairəsindən YAP-ın deputatlığa namizədi N.Cəfərov və rayon ictimaiyyətinin nümayəndələri çıxış edib. Görüşdə çıxış edən seçicilər noyabrın 7-də keçiriləcək parlament seçkilərində aktiv iştirak edəcəklərini və Azərbaycan xalqına yüksək rifah vəd edən YAP-ın nümayəndəsinə səs verəcəklərini bildiriblər.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi N.Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Digər xəbərlər