PDF Oxu

Sosial

  • 13

Ağalar Vəliyev Sahil qəsəbəsinin seçicilərinin vahid seçimidir

Ağalar Vəliyev Sahil qəsəbəsinin seçicilərinin vahid seçimidir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyevin səlahiyyətli nümayəndələri və vəkilləri Sahil qəsəbəsində məhəllə görüşləri keçiriblər.
Görüş zamanı namizədin vəkili Məzahir Əliyev deyib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti Azərbaycanı böyük inkişaf yoluna çıxarıb: UBu gün Azərbaycan regionun ən inkişaf etməkdə olan ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilirF.
Ağalar Vəliyevin digər vəkili Abidə Baxşəliyeva isə namizəd haqqında məlumat verib: UAğalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdırF.
Vurğulayıb ki, A.Vəliyev əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax Dəmir beton məmulatları zavodunda fəhləlikdən başlayıb. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor vəzifələrində çalışıb. 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin tabeçiliyindəki UKörpütikintiF kombinatının direktoru, 1993-cü ildən isə 2 saylı UYoltəmirtikintiF trestinin rəisi vəzifələrində işləyib. İşgüzarlığı və geniş istehsalat təcrübəsi nəzərə alınmaqla, 1996-cı ilin 19 iyununda Ümummilli lider Heydər Əliyev tərəfindən yüksək etimad göstərilməklə Ağalar Vəliyev UAzəraqrartikintiF Dövlət Şirkətinin prezidenti vəzifəsinə irəli çəkilib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli UAzəraqrartikintiF Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışır. O, söyləyib ki, Ağalar Vəliyevin yüksək təşkilatçılığı, peşəkarlığı və daim yeniliyə can atması nəzərə alınmaqla son illər məhz, bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə UAzəraqrartikintiF Səhmdar Cəmiyyətinə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidənqurulması işlərinin yerinə yetirilməsi həvalə edilib.
Ölkənin tikinti sektorunda uzun illər səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Respublikanın UƏməkdar mühəndisiF fəxri adına layiq görüldüyünü söyləyən vəkil bildirib ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib.
Sonra Sahil qəsəbəsinin sakinləri öz münasibətlərini bildiriblər. Onlar Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyevin işgüzarlıq keyfiyyətləri barədə xəbərdar olduqlarını vurğulayıblar.
Görüşün sonunda qəsəbə sakinləri Ağalar Vəliyevi millət vəkili kimi görmək istədiklərini və 7 noyabr seçkilərində yalnız ona səs verəcəklərini söyləyiblər.

Digər xəbərlər