PDF Oxu

Sosial

  • 14

YAP ölkədə ən nüfuzlu siyasi təşkilatdır

YAP ölkədə ən nüfuzlu siyasi təşkilatdır
Oktyabrın 20-də Qusarda 51 saylı Qusar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar növbəti görüşlər keçirilib. Qusarın Urva, Əniğ, Çiləgir, Kuzun kəndlərində keçirilən bu görüşlərdə seçicilər fəal iştirak ediblər. Bu görüşlərdə, ümumilikdə, 750 seçici iştirak edib. Milli Məclis deputatlığına namizəd Azər Badamov Qusarın bu kəndlərində səmimiyyətlə qarşılanıb. Müvafiq tədbirlərdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov seçicilərə deputatlığa namizəd Azər Badamovun həyatı və fəaliyyəti haqqında məlumat verib. David İbrahimxəlilov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ən güclü, aparıcı siyasi təşkilatı olduğunu ölkədə keçirilən bütün seçkilərdə qazandığı parlaq qələbələrlə sübut edib. O, vurğulayıb ki, YAP Azərbaycanda ən nüfuzlu partiya kimi, ölkənin inkişafı, xalqın rifahı, naminə fəaliyyət göstərir: lYeni Azərbaycan Partiyası qarşıdan gələn 7 noyabr parlament seçkilərində məhz "Güclü dövlət, yüksək rifah" şüarı ilə iştirak edir. Ölkənin sosial-iqtisadi qüdrətinin artması, milli dövlətçiliyimizin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının başlıca amalı, əsas hədəfidir. Parlamentdə çoxluq təşkil edən partiya kimi, mütərəqqi, humanist qanunların qəbulunda, milli qanunvericiliyimizin təkmilləşdirilməsində və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının rolu çox böyükdür. Bu səbəbdən, Qusarda seçicilər Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüşlərə böyük maraq göstərir, partiyanın namizədlərinin keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar. Bu, Yeni Azərbaycan Partiyasına böyük inamın, yüksək etimadın göstəricisidir". D.İbrahimxəlilov bildirib ki, Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd olan Azər Badamov elin, camaatın, sadə insanların rəğbətini qazanmış, ləyaqətli bir insandır: "O, Yeni Azərbaycan Partiyasının üzvü kimi böyük fəallıq, təşəbbüskarlıq göstərir, ona müraciət edən hər bir insana böyük həssaslıqla yanaşır, öz diqqətini əsirgəmir. Yeni Azərbaycan Partiyasının namizədi kimi, Azər Badamov üzərinə düşən məsuliyyəti hiss edir. O, sizin seçiminizə güvənərək, azad, demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışır. Seçkidə qələbə qazanacaq əksər Yeni Azərbaycan Partiyası namizədləri sırasında Azər Badamovun da olacağına inanırıq". Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən namizədi Azər Badamov keçirdiyi görüşlərdə seçki platforması barədə dolğun, ətraflı məlumat verib, millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışıb. Milli Məclis üzvlüyünə namizəd Azər Badamov millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı layiqincə doğrultmağa səy göstərəcəyini vurğulayıb. Milli Məclis üzvlüyünə namizəd Azər Badamov görüşdə çıxış edərək, seçicilərə təbliğat-təşviqat kampaniyasında onu səmimi qarşıladıqlarına, fəal şəkildə dəstəklədiklərinə görə, öz minnətdarlığını bildirib.

Digər xəbərlər