PDF Oxu

Sosial

  • 17

Azərbaycanda turizm sahəsi ildən-ilə inkişaf edir

Azərbaycanda turizm sahəsi ildən-ilə inkişaf edir
Dünən Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində "Azərbaycanın turizm sektoru" mövzusunda hazırlanmış tədqiqatın ictimai müzakirəsi təşkil edilib. ATİB idarə heyəti sədrinin birinci müavini Cemal Yangın bildirmişdir ki, qurum Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırmaq, onlara yol göstərmək, eləcə də ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədi ilə müxtəlif mövzularda tədqiqatlar aparır və hesabatlar çap edir. Növbəti tədqiqat Azərbaycanın turizm sektoru ilə bağlıdır. 60 səhifəlik hesabat 5 fəsildən ibarətdir. Hesabatda qeyd olunur ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malik ölkələrdəndir. Xüsusilə son illər ərzində ölkədə turizm sahəsində dinamik inkişaf müşahidə olunur. Qəbul edilən dövlət proqramları bu inkişafı daha da sürətləndirir. Hesabatı turizm sahəsində tanınmış ekspert Eldar Aslanov hazırlayıb. O bildirib ki, xüsusilə 2007-2008-ci illəri müqayisə etsək, turizm axınında təxminən 40 faizə yaxın artım müşahidə olunub. Bu aparılan sistemli siyasətin nəticəsidir. Tədqiqat zamanı turizm sektorunun tarixi və potensial sərmayə imkanları, habelə Azərbaycanda qəbul edilmiş və göndərilmiş turistlərin say dinamikası araşdırılıb. Hesabatda turizm sektorunun institusional əsaslarından və turizm sahəsindəki qanunvericilik bazasından da geniş bəhs edilib. Burada turizm sektorunun zonalar və növlər üzrə imkanları və problemləri də xarakterizə olunub. Sənəddə dünyada turizm gəlirlərinin vəziyyəti və Azərbaycanın iqtisadi rayonlarına görə qəbul edilmiş turistlərin sayının dinamikasına da yer verilib, turizm sektorunun rolunun artırılması yolları barədə geniş təhlillər aparılıb və faydalı tövsiyələr irəli gəlib.

Digər xəbərlər