PDF Oxu

Sosial

  • 8

"Marlin" Bakı delfinariyasının açılış mərasimi keçirilib

"Marlin" Bakı delfinariyasının açılış mərasimi keçirilib
Dünən Bakı Əyləncə Mərkəzində (BƏM) "Marlin" Bakı delfinariyasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, delfinariyanın açılış lentini delfinariyanın direktoru Fərid Balayev kəsib. Açılışdan sonra o bildirib ki, belə bir delfinariyanın Bakıda təşkil edilməsi ilk dəfədir: "Çoxdandır ki, belə bir delfinariyanın olmasını arzulayırdıq. Nəhayət ki, bu arzumuzu gerçəkləşdirdik. Bu delfinləri Ukraynadan gətirmişik. Belə ki, bu canlılar Qara dənizin delfinləridir. Buna baxmayaq delfinlər özlərini evlərindəki kimi rahat hiss edirlər. Onu da qeyd edim ki, bu delfinlər daimi olaraq Azərbaycanda qalacaqlar"- deyə o əlavə edib. Tədbirin davamı olaraq rəqqasların çıxışı, daha sonra dəniz pişikləri- Klaris və Lornanın, bununla yanaşı səbəbkarlar olan Qara dənizin delfinləri - Marlin və Dorinin çıxışları uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanıb. Məlumat üçün bildirək ki, delfinlərlə vaxt keçirmək, yəni onlarla üzmək istəyənlər 5 dəqiqə üçün 70, 10 dəqiqə üçün 100, şəkil çəkdirmək üçün isə 30 manatdan keçməli olacaqlar.

Digər xəbərlər