Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir
Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamasına baxmayaraq, işğalçı ölkənin rəsmiləri və bir sıra erməni gənclər təşkilatlarının nümayəndələri həyasızcasına bunun əksini iddia etməyə başlayıblar. Bədnam qonşularımız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təhrif edən müxtəlif müraciətlər, bəyanatlar səsləndirir, işğalçı, təcavüzkar tərəf olduqları halda, Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürürlər. Məsələyə münasibət bildirən həmsöhbətlərimiz Azərbaycanın bu məsələdə haqlı tərəf olduğunu, ermənilərin ağ yalanlarının Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyətini üzə çıxardığını vurğuladılar.
- Ermənistan hər zaman bu cür həyasız mövqe nümayiş etdirib. Bu mənada, ermənilərin belə hərəkətlərinə təəccüblənmək lazım deyil. Ümumiyyətlə, bu millət ağ yalan danışmağı çox gözəl bacarır. Təəssüflər olsun ki, bir sıra dövlətlər də onların bu cür həyasızlıqlarını təbliğ edir və dəstəkləyirlər. Hesab edirəm ki, bu gün əsas olan beynəlxalq hüququn normalarıdır və tarixdir. Bunlar isə bizim xeyirimizədir. Yəni, burada həm beynəlxalq hüquq, həm də tarix Azərbaycanın haqlı olduğunu təsdiqləyir. Tarixi gizlətmək olmaz. Hər bir kəs bu gün baş verənləri çox gözəl bilir. Artıq dünyada çox ciddi araşdırmalar gedir və dünya tarixinin, demək olar ki, dəqiqləşdirilməsi prosesi başa çatıb. Tarixdə, ümumiyyətlə, Ermənistan adlı dövlət olmayıb. Bu əraziyə ermənilər çox sonralar gəliblər. Onların bu günlər qurduqları dövlət də tarixi Azərbaycan əraziləridir. Ona görə də, ermənilər bir növ qabaqdangəlmişlik edirlər. İşğalçı Ermənistan çox gözəl bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən, işğal atında olan torpaqlarını geri qaytarandan sonra digər vacib məsələləri qaldıra bilər. Yəni, Ermənistan dövlətinin Azərbaycan ərazilərində, tarixi Azərbaycan torpaqlarında qurulması, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların dədə-baba yurdlarına qaytarılması məsələsi gündəmə gətirilə bilər. Yəni, bugünkü Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları kimi geri qaytarılması məsələsi aktuallaşa bilər. Ona görə, onlar həyasızcasına və əxlaqsızcasına bu cür metodlara əl atırlar.
- Ümumiyyətlə, həmişə olduğu kimi, bu gün də Ermənistanın təbliğat maşını öz işini davam etdirir. Bir sözlə, onlar olmayan, baş verməyən şeyləri dilə gətirib yaymağa başlayırlar. Ermənilər olmayan hadisələr barədə o qədər açıq şəkildə danışırlar ki, artıq demək olar ki, yalan danışmaq xəstəliyinə düçar olublar. Bu xəstəliyin əsas simptomu ondan ibarətdir ki, özündən uydurmalar, böhtanlar fikirləşirsən və bunları yaymağa başlayırsan. Bir sözlə, bu gün Ermənistanın Sarksiyan rejiminin, onun ətrafının, onların əhatəsində olan bütün dairələrin, onlara qulluq edən gənclər təşkilatlarının fəaliyyəti, məhz həqiqətdən uzaq olaraq yalan danışmaqdan ibarətdir. Ermənistan hazırda iflas məngənəsində sıxılmaqdadır. Demək olar ki, ermənilər ancaq xaricdən gələn yardımlar hesabına yaşayırlar. Bir sözlə, burada istehsal iflic vəziyyətinə düşüb, sosial böhran baş alıb gedir, əhali isə ölkəni tərk edir. Belə vəziyyətdə isə, yəqin ki, X günündə Ermənistanın özündə ölkəni uçuruma yuvarlayan iqtidara qarşı amansız xalq mübarizəsi başlaya bilər. Ona görə də, daha çox daxili auditoriyanın düşüncəsinə, arzularına müvafiq davranış nümayiş etdirirlər. Yəni, daxili auditoriya ac olsa da, Dağlıq Qarabağın qaytarılmasının əleyhinədir. Deməli, Dağlıq Qarabağla bağlı daha radikal bəyanatlar vermək lazımdır. Amma bu da faydasızdır. Bildiyiniz kimi, artıq dünya getdikcə, həqiqətin nə olduğunu daha yaxşı dərk etməyə başlayır. Əgər Ermənistanın əlində imkanı olsaydı, heç zaman istəməzdi ki, Azərbaycan regionun lider dövlətinə çevrilsin. Amma bu, Ermənistandan asılı deyil. Bu gün regionda ən güclü dövlət Azərbaycandır. İndiki Azərbaycanın təkcə hərbi büdcəsi 2 milyard 150 milyonu ötüb keçir ki, bu da bütün Ermənistan büdcəsindən artıqdır.