PDF Oxu

Sosial

  • 4

“Şəhid ailələrinə diqqət və qayğı" adlı layihə həyata keçirilib

“Şəhid ailələrinə diqqət və qayğı" adlı layihə həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi" "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun Bakı və Sumqayıt şəhərində aidiyyəti orqanlar tərəfindən tətbiq olunması ilə maraqlanaraq və bu sahədə şəhid ailələrinin problemlərinin həllinə yaxından kömək etmək məqsədi ilə "Şəhid ailələrinə diqqət və qayğı" adlı layihəni həyata keçirib.
SİA-nın məlumatına görə, Birlik 26 iyul 2010-cu il tarixində Sumqayt şəhərində şəhid ailələri ilə növbəti dəfə görüşüb. Görüş iştirakçılarına "Şəhid Ailələrinə verilmiş imtiyazlar" adlı broşüra paylanıb. Keçirilən görüşdə bəzi şəhid ailələrinin sosial problemləri və müraciətləri dinlənilib.
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən ailələrin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
Bu gün Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin sosial problemlərinin həlli və onların yaşayış şəraitlərinin yaxşılaşdırılması və onlara diqqət və qayğını artırmaq istiqamətində müxtəlif sərəncam və fərmanlarla davam etdirilir.
Lakin çox əfsuslar olsun ki, bəzi regionlarda şəhid ailələri dövlət tərəfindən şamil edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununu əsasında onlara verilən imtiyazları bilmədiklərindən onlar həmin hüquqlardan istifadə edə bilmirlər. Bu cəbəbdən də şəhid ailələrinin bəzi rayonlarda hüquqları pozulur. Bu isə yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına mənfi təsir göstərir.
İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə dərc etdiyimiz "Şəhid Ailələrinə verilmiş imtiyazlar" broşürası hər bir şəhid ailəsinin öz hüquqlarını, onlara verilən imtiyazlar haqqında qanunları bilməsinə yaxından köməklik edəcək, onlara yardımçı olacaq.

Digər xəbərlər