PDF Oxu

Sosial

  • 6

Regionların inkişafında Azərbaycanın artan iqtisadiyyatının rolu böyükdür

Regionların inkişafında Azərbaycanın artan iqtisadiyyatının rolu böyükdür

Bildiyimiz kimi, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci mərhələsi çox gözəl icra olunmuşdur. Bəs proqramın ikinci hissənin icrası prosesi necə gedir? İqtisadiyyatçı ziyalılarımız bu prosesin icrasını necə qiymətləndirirlər?

Millət vəkili Vahid Əhmədov:
-Bildiyimiz kimi, bu proqramın ikinci hissəsində, infrastruktur layihələri həyata keçirilməsi nəzərdə tutulub. Bu proqram, bölgələrdə olan işıq, qaz, su və bunun kimi bir çox təminatların ödənilməsi və təmin edilməsi nəzərdə tutur. Bu yönümdə olan layihələr bizə proqramın həyata keçirildiyini deməyə əsas verir. O cümlədən, xatırlayaq ki, cənab Prezident İlham Əliyev bu barədə Azərbaycan Respublikasının qarşısında bir neçə məsələ qaldırmışdı. Bunlardan biri ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi, digəri isə qeyri-neft sektorunun inkişafı idi. Fikrimcə, Bu barədə, müəyyən işlər görülüb. Bu məsələlərdən ən ciddi problemlərdən olan kənd təsərrüfatında kənd təsərrüfatı məhsullarının saxlanılması problemi idi. Bu barədə iqtisadi inkişaf naziri sahibkarlara yardım inkişaf fondu tərəfindən 20-yə yaxın anbarlar tikilir. Bu ilin axırına kimi, şimal zonasında da 6-ya yaxın anbarlar tikilib, istifadəyə verilməlidir. O cümlədən, Qubada və Xaçmazda bir sıra emal müəssələrinin də istifadəyə verilməsi nəzərdə tutulur. Bu proqramın ikinci hissəsində, daha çox ərzaq təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatının inkişafı və kiçik müəssələrin inkişafı nəzərdə tutulur.

İqtisadiyyatçı-ekspert Vüqar Bayramov:

- "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və yoxsulluğun aradan qaldırılması proqramları Azərbaycanda həyata keçirilən dövlət proqramları arasında ən ciddi proqramlardan biridir. Regionların inkişafı olduqca vacib bir prosesdir. Proqramın qəbul edilməsi və icrası bu məsələnin ölkədə prioritet məsələsi olduğunun bariz nümunəsidir. Bu proqramın icrası nəticəsində son beş ildə nə qədər dəyişikliyə, inkişafa səbəb olduğunu görmüş olarıq. Regionların inkişaf proqramı 90-cı illərdə Azərbaycan regionlarında formalaşmış bir sıra problemlərin aradan qaldırılmasına imkan verdi və həm yerli, həm də xarici kapitalın cəlb edilməsinə şərait yaratdı. Bu gün regionlar, həm investitsiya və həm də kapitalın inkişafında kifayət qədər yol keçmişdir. Bu yol proqramın ikinci hissəsinin icrası prosesinin uğurlu şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Proqram sayəsində, regionlara xarici şirkətlər, xarici firmalar, eyni zamanda, yerli şirkətlər cəlb edilir. Bu proqram regionların infrastrukturunun yaxşılaşdırılmasına və regionlara investisiyanın cəlb olunmasına imkan yaradır. Proqram Bakı ilə regionlar arasındakı fərqin azaldılmasına dair addımlar atılmasına imkan yaradacaqdır. Bu proqramın yaranmasına səbəb məhz Bakı ilə regionlar arasındakı böyük fərq idi. Bu səbəbdən də, bu proqram yaradıldı. Nəticə etibarı ilə bu fərqin az da olsa azaldılmasına nail olundu. O cümlədən, bu proqramın uğur qazanmasında başlıca səbəblərdən biri də, proqramın icrası zamanı siyasi vədlərin olması idi.

Digər xəbərlər