PDF Oxu

Sosial

  • 11

Dövlət qulluqçuları dövlətimizin inkişafına böyük tövhələr verirlər

Dövlət qulluqçuları dövlətimizin inkişafına böyük tövhələr verirlər
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, artıq beşinci ildir ki, Azərbaycanın dövlət qulluqçularının peşə bayramı qeyd edilir. Bu müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi almış, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı ilə təltif olunublar. Bu peşə bayramı həm də dövlət qulluqçularının ölkə rəhbərliyi və xalq qarşısında hesabatı şəklini almışdır. Dövlət qulluqçuları məsuliyyətli olduğu qədər, həm də şərəfli olan vəzifələrini layiqincə yerinə yetirməklə cəmiyyətin tərəqqisinə kömək etmiş olarlar. Ona görə də, dövlət qulluqçuları öz gündəlik işlərini yerinə yetirərkən, ilk növbədə, dövlətin və xidmət etdiyi xalqın etimadını doğrultmaq barədə düşünürlər.
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunanlar sırasında YAP Binəqədi rayon təşkilatının sədri, Binəqədi rayon icra hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsini müdiri Nəbi Xəlilovun da adı vardır:
- Mənə dövlət tərəfindən belə bir mükafatın verilməsi uzun illər dövlət qulluğunda çalışdığıma görə təqdim olunub. Cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında bu medalın təqdimindən böyük qürur hissi keçirirəm. Hər bir insan xidmətinin müqabilində qiymətləndirilir. Təbii ki, Prezident tərəfindən qiymət almaq üçün fəaliyyətinin əsas hissəsini xalqa və dövlətə xidmətə həsr etməlisən. Bildiyiniz kimi, dövlət qulluğunda çalışmaq cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyətdir. Bu işdə çalışan bir insan kimi deyərdim ki, dövlətə, xalqa son dərəcə sədaqətli olmaq, xalqın problemlərinə yaxın olmaq, onların həlli yollarını axtarıb tapmaq vacib məsələlərdən biridir. Bu mükafatı fəaliyyətimə verilən ən yüksək qiymət kimi dəyərləndirir və bu diqqət və etimada görə, bir daha Azərbaycan Prezidenti İlham Əliyev cənablarına təşəkkürümü bildirirəm: "Bu gün də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycanın dünya birliyində artan nüfuzu, sürətli iqtisadi inkişafı məhz dahi öndərimizin müəyyənləşdirdiyi siyasətin bəhrəsidir. Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli liderimiz Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlamışdır. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə yüksəlməkdədir. Prezidentin İlham Əliyevin Sərancamı əsasında "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən, görülən işlər Azərbaycanın sürətli inkişafına təkan verir. Bu sırada bizim ərazimizdə də böyük abadlıq və quruculuq işləri görülür. Qısa bir zamanda, Binəqədi rayon ərazisində əsaslı işlər görülmüş və Prezident İlham Əliyev cənabları bu əhəmiyyətli hadisələrlə bağlı rayon ərazisində olmuşdur. "Nəsimi", "Azadlıq prspekti" metrostansiyaları, Tennis Akademiyası, Dövlət Miqrasiya Xidməti istifadəyə verilmiş, yaxın zamanda isə Mərkəzi Seçki Komissiyasının binalarının açılışı olacaq. Qeyd edim ki, açılış mərasimlərində dövlət başçısı İlham Əliyev cənabları iştirak etmişdir. Bundan sonra da abadlıq, quruculuq işləri, əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə bağlı işlər dövlət səviyyəsində aparılacaqdır".
N.Xəlilov onu da bildirdi ki, bu gün respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılmışdır:
"Cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açmışdır. Bu istiqamətdə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva məqsədyönlü layihələri gerçəkləşdirir. Mehriban xanım Əliyevanın təhsil ocaqlarının inşası və bərpası, yeni səhiyyə müəssisələrinin inşası, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlər, eləcə də, muğam sənətinə göstərdiyi diqqət və s. ulu öndər Heydər Əliyev ideyalarının davamı olaraq həyata keçirilir.

Digər xəbərlər